Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:35
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

AzadlıqLive - Erdogan: "Rusiya ölümcül səhv edir"

Xəbərlər yenilənir

19:31 4.10.2015

Erdogan: "Rusiya ölümcül səhv edir"

Bunu Türkiyə prezidenti Erdogan oktyabrın 4-də Fransaya yola düşməzdən əvvəl jurnalistlərə deyib. O bildirib ki, Rusiyanın Suriyanı bombalamağı Türkiyə üçün tamamilə qəbuledilməzdir.

16:52 4.10.2015

Aguero: 20 dəqiqəyə 5 qol!

Argentinalı Sergio Aguero İngiltərə Premyer Liqasında Mancester City- Newcastle oyununda 20 dəqiqəyə 5 qol vurub. Bir neçə gün əvvəl Bayernin hücumçusu polyak Levandowski Almaniya birinciliyində 9 dəqiqəyə 5 qol vurmuşdu.

27 yaşlı Aguero Diego Maradonanın keçmiş kürəkənidir. O, Maradonanın kiçik qızı Giannina ilə 4 il evli olub. Maraqlıdır ki, onlar ayrılanda - 2012-ci ildə Maradona Aguero-nu aciz, iradəsiz adlandırmışdı və demişdi ki, "onun adını belə, çəkmək istəmirəm".

16:38 4.10.2015

Azərbaycana son 97 ildə kimlər rəhbərlik edib?

13:50 4.10.2015

Suriyada vuruşan rus əsgərinə günə 43 dollar

“Vedomosti” yazır ki, zabitlər gündəlik 62, əsgərlər 43 dollar gündəlik muzd alır. Rəsmilər Suriyada 1500 rus hərbçisinin olduğunu bildirir. Media bildirir ki, Suriyada vuruşmaq üçün rus hərbçiləri növbəyə durur. Hüquq müdafiəçisi deyir ki, kasıblığın üzü qara olsun

Davamı

XS
SM
MD
LG