Vüqar Bayramov: "Pensiya yaşını artırmağa lüzum yoxdur"
Hazırda pensiya yaşını artırmağa lüzum yoxdur. Bunu iqtisadçı alim Vüqar Bayramov AzadlıqLive-a deyir. Onun fikrincə, gələcəkdə pensiya yaşı artırıla bilər, ancaq indiki məqamda Dövlət Sosial Müdafiə Fondunun əlində kifayət qədər resurs və rıçaqlar var. Fondun kəsiri də yoxdur. Ona görə pensiya yaşını olduğu kimi saxlamaq olar.
Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirdi ki, pensiya yaşı artırıla bilər. Ancaq bu hələ yekun qərar deyil.
Ola bilərmi ki, cəmiyyətdə bunun fəal müzakirəsi nəticəsində pensiya yaşı ümumiyyətlə artırılmasın? Bunun üçün fərdlər və ya qeyri-hökümət qurumları nə etməlidir?
Vüqar Bayramov deyir ki, öz təkliflərini əsaslandırıb, Fonda təklif etmək lazımdır.
Bəs buna fikir verən varmı? Vüqar Bayramov deyir ki, təklif yaxşı əsaslandırlmış olanda fikir də verilir, hətta bu təklifdən istifadə də olunur.
"Ermənistana birbaşa ya tranzit yük daşınmayacaq"
İsveçrənin paytaxtı Berndə Beynəlxalq Dəmiryolu Daşımaları üzrə Hökumətlərarası Təşkilatların (KOTİF) 12-ci Baş Assambleyası keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, keçirilən iclasda “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov deyib ki, Azərbaycanın ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunub, elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımasına heç bir halda icazə verilməyəcək".
256 mitinq yeri elan olundu
Marsda su tapılıb [Video]
Mars tədqiqatçıları hesab edirlər ki, yay aylarında planetdə maye halında duzlu su əmələ gəlir. Onların fikrincə planetdə bakteriyaların və mikrobların yaşaması üçün münbit şərait var.