Ermənistanın müdafiə naziri Qarabağda
Ermənistanın müdafiə naziri Seyran Ohanyan sentyabrın 29-da Dağlıq Qarabağa gedib.
AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə o, qondarma Dağlıq Qarabağ rejiminin rıhbəri Bako Sahakyanla görüşüb.Görüşdə qondarma rejimin müdafiə naziri Levon Mnatsakanyan da iştirak edib. Görüşdə əsasən ordu quruculuğu və bu sahədə Ermənistanla Dağlıq Qarabağ rejimi arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Ermənistan prezidenti Serj Sargisyan bundan bir neçə gün əvvəl Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdi.
Kadyrov açıq gəlin paltarlarına görə xəbərdarlıq etdi
Çeçenistan lideri Ramzan Kadyrov gəlinlik paltarlarının həddindən artıq açıq-saçıq olmasına görə onları tikən moda evlərinin və toy salonlarının rəhbərlərinə xəbərdarlıq edib. O, region rəhbərlərinin müşavirəsində deyib: “Son zamanlar gəlinlər Avropasayağı qədər açıq-saçıq paltarlar geyinməyə başlayıb. Bu, düzgün deyil və çeçen mədəniyyətinə sığmır. Hər şeyi elə etmək vacibdir ki, milli adət və ənənələr qorunub saxlanılsın. Toy salonları da öz növbəsində milli toy paltarlarının satışına keçməlidir”.
Audi-nin 2,1 milyon maşınında həmin qalmaqallı proqram qoyulub
Audi şirkəti sentyabrın 29-da etiraf edib ki, onun 2 milyon 100 min avtomobilində də həmin o qalmaqal yaradan xüsusi proqram qoyulub ki, maşınların testi vaxtı havaya buraxılan zərərli qazları az göstərsin. Bu qalmaqala görə Volkswagen konserninin prezidenti istefa verdi, indi ona qarşı dələduzluq ittihamı ilə istintaq başlanıb. Həmin qalmaqalı kompüter proqramı necə işləyir?
Marsda su tapılıb
Sentyabrın 28-də alimlər Marsda axar suyun mövcudluğuna dair “indiyədək ən güclü dəlili” tapdıqlarını elan ediblər. Bu, qırmızı planetdə mikroskopik həyatın olması ehtimalını gücləndirir.
NASA ekspertləri bu tapıntıları alqışlayıb. NASA-nın planet elmləri üzrə direktoru Jim Green deyib:“Mars keçmişdə düşündüyümüz kimi quru planet deyil. Müəyyən şəraitdə Marsda maye su tapılıb”.