Məkkədə 3-cü azərbaycanlı zəvvar öldü
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya bildirib ki, bu, 1936-cı il təvəllüdlü, Yardımlı rayon sakini Şirinov Əzizağa Məmmədqulu oğludur.
Zəvvar 3 gün öncə günvurma diaqnozu ilə Məkkədəki hospitala yerləşdirilib. Ə. Şironov bu gün yerli vaxtla günorta saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, bir neçə gün əvvəl Məkkədə daha iki azərbaycanlı zəvvar vəfat etmişdi. Onlardan 55 yaşlı Fəxrəddin Zeynallı ürək tutmasından, 58 yaşlı Kəklik Aslanova isə qan təzyiqinin aşağı düşməyi nəticəsində ölüb.
Hulk-dan möhtəşəm qol
Zenit-in braziliyalı hücumçusu Hulk Spartak (Moskva)-ya möhtəşəm qol vurub. O, qapıçı dayanan küncə vurur, ancaq zərbə elə güclüdür ki, qapıçı reaksiya verə bimir.
28 yaşlı Hulk fiziki cəhətdən qeyri-adi güclüdür. Onun gücü haqda hətta zarafatla belə videolar çəkilir. Bunlardan biri Red Bull üçün çəkilən reklam çarxıdır
Bakıda Cəfər Cabbarlı heykəlinin yaxınlığında dilənçilərlə polis qarşıdurması
Polis dilənən qadının əvvəlcə uşağını PPX maşınına mindirib. Bunun ardından dilənçi qadın qışqırmağa başlayıb. Ətrafdakı insanlar səsi eşidib, hadisə yerinə toplaşıblar.
Polislər dilənçiləri maşına güclə mindiriblər. Bu zaman digər bir dilənçi qadın oraya gəlib. Hadisəni görüb və həyəcan keçirib. Halı pisləşən qadın yerə yıxılıb.
Azərbaycanda dilənçiliyə qarşı qanun yoxdur. Polis onları bir yandan tutub, bölməyə aparır, sonra buraxır.
Maksim Galkin Azərbaycanca danışır
Məşhur parodiya ustası Maksim Galkin Rusiya televiziyasında 1-ci kanalda “Veçerniy Urqant” şousunun qonağı olub. Galkin suala cavabda “Mən Azərbaycan dilini öyrənmişəm” - cavabını verib. “Telefon ya söndürülüb, ya sındırılıb, ya da başını atıb , yatıb” . Bunun ardınca özbəkcə deyir ki, özbəkcə öyrənə bilmir. (Videoda 5:52-dən başlayaraq bax).AzadlıqRadiosunun özbək xidmətindən deyirlər ki, Galkin özbəkcə bu videoda çox yaxşı danışır.
2015-ci ildə Bakıda Heydər Əliyev adına sarayda verdiyi konsert zamanı Maksim Galkin Səməd Vurğunun “Azərbaycan” şeirini Azərbaycan dilində demişdi.