Keçid linkləri

2026, 11 Yanvar, bazar, Bakı vaxtı 04:32
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

AzadlıqLive - Erdogan: "Rusiya ölümcül səhv edir"

Xəbərlər yenilənir

18:50 28.9.2015

Vətəndaşlıq qanununa təklif olunan dəyişikliklər

Sentyabrın 30-da Milli Məclis “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikləri müzakirə edəcək. Ölkə prezidenti «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna bir sıra dəyişikliklər təklif edir. Təklif olunan dəyişikliklərin məğzi nədir?

Hüquqşünas Müzəffər Baxış deyir ki, təklif olunun əlavə və dəyişikləri texniki xarakterlidir:

“15-ci və 17-ci maddə vətəndaşlığa bərpa və çıxarılmanın prezidentin səlahiyyətində olduğu qeyd olunur. 16-cı maddənin 2-ci bəndində yazılanlar isə bu qanuna edilən sonuncu dəyişmlərdən sonra lazımsız idi. O ki, qaldı 18-ci maddəyə olunan əlavə mətndən aydın olmur ki, söhbət hansı məhkəmə qərarlarından gedir. Yəqinki plenar iclasda bu da məlum olar”.

Gözlə
Embed

No media source currently available

0:00 0:02:46 0:00
Direct-ə keçid

Azərbaycan Parlamenti 2014-cü ilin mayında “Vətəndaşlıq haqda qanun”nun 18-ci maddəsinə aşağıdakı dəyişikliyi etmişdi:

“Xarici ölkənin dövlət və ya bələdiyyə orqanlarında çalışanlar, silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət edənlər Azərbaycan vətəndaşlığını itirir”.

16:11 28.9.2015

Vətəndaşlıqdan çıxma,bərpa qaydaları dəyişir

Azərbaycan vətəndaşlığına bərpa və vətəndaşlığında çıxma qaydaları dəyişdirilir, yeni səlahiyyətlər müəyyənləşdirilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna əlavə və dəyişikliklər təklif edilir. Layihədə nə deyilir?

15:42 28.9.2015

BMT-də Poroshenko-Rusiya qalmaqalı

Ukrayna prezidenti Petro Poroshenkonun BMT Baş Məclisində çıxışı zamanı etiraz olaraq Rusiya diplomatik heyəti zalı tərk edib.Rusiya heyətindən yalnız bir diplomat qalıb.

Zalı tərk edənlər arasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Churkin də olub. Rus diplomatların TASS agentliyinə bildirdiyinə görə, Poroshenko Rusiyaya qarşı "aqressiv və siyasiləşmiş" çıxış edib.

Davamı

XS
SM
MD
LG