Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:05

Azərbaycan üçün qırmızı xətt...


"Dünya bazarında neftin qiyməti düşəndə". Karikatura. Gündüz Ağayev.
"Dünya bazarında neftin qiyməti düşəndə". Karikatura. Gündüz Ağayev.

Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi, neftin qiymətinin yenidən düşməsi və gənclər arasında işsizlik bu gün mayın 6-si (2017) medianın əsas mövzularındandır...

“Neft 40 dollardan aşağı düşsə...”

Yeni Müsavat” qəzetində "Bizim üçün qırmızı xətt neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər” sərlövhəli məqalə oxumaq olar.

Yazıda son günlər neftin qiymətinin düşməsi ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramovun düşüncələrinə yer verilib.

Buna da bax:​ Prezident 'qalxmalıdır' deyir, Palata sədri tam tərsini

İqtisadçı yazıb ki, Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşməsi ilə qlobal neft bazarı yenidən çalxalanıb. Son iki ayda dünya neft bazarındakı balans qiymətin yenidən düşəcəyinə işarə edirdi:

Vüqar Bayramov
Vüqar Bayramov

“Əvvəlla, hasilatın azaldılması barədə OPEC və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırırlar, ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirir. İkincisi, şist neftin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq, 35 dollara yaxınlaşır. Bu isə o deməkdir ki, şist neft bazarda “əsas rəqib” statusunu gücləndirməkdədir. Üçüncüsü, Səudiyyə Ərəbistanın bazarda kiçilən mövqeyini İran və İraq tutmaqdadır”.

Buna da bax:​ 'Biri çörəyə pul tapmır, o biri yağ içində yaşayır'

İqtisadçı vurğulayır ki, Azərbaycan neft ölkəsidir. “Qara qızıl”ın dünya bazarında qiyməti Azərbaycandan ötrü son dərəcə vacibdir. İqtisadçı hesab edir ki, neftin bir barelinin 50 dollar olmasını Azərbaycandan ötrü uyğun saymaq olar:

“Amma ən vacibi təbii ki, qiymət sabitliyidir və burada qırmızı xəttin keçilməsi neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər”.

İqtisadçı yazıb ki, hazırkı qiymətlərlə gündəlik neft ixracatından ölkəyə 29,0 milyon dollar daxil olur.

Müəllifə görə, neftin qiymətindəki hər 2 dollarlıq azalma Azərbaycanın gündə 1 milyon dollardan artıq, itirməsi anlamına gəlir.

Buna da bax:​ Neft qiymətləri son 5 ayda ən aşağı həddə düşüb

Gənclik iş axtarır

Exo” qəzetində “Azərbaycan gəncləri daxilində işsizlik: rəsmi və real olan rəqəmlər” sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, gənclər, xüsusilə də universitetləri yenicə bitirmiş məzunlar ciddi işsizlik problemi ilə üz-üzə qalırlar.

Bakıda Əmək yarmarkası
Bakıda Əmək yarmarkası

Yazıda bildirilir ki, bu sahədə rəsmi məlumatlarla, real mənzərə heç də üst-üstə düşmür.

Yazıda əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümova istinadən qeyd edilir ki, ölkədə işsizliyin ümumi səviyyəsi 5 faiz təşkil edir. Gənclər arasında isə bu rəqəm 9 faiz-ə bərabərdir.

Buna da bax: Azərbaycan ailələrini dağıdan əsas səbəblər - işsizlik və sosial media

Ancaq ekspertlər nazirin göstərdiyi bu rəqəmlərlə razılaşmırlar. Onlar xüsusilə də gənclərlə bağlı rəqəmin həqiqət olmadığını düşünürlər:

“Bu gün, Azərbaycanda gənclər arasında işsizlik 9 faiz deyil. Bundan dəfələrlə çoxdur. Odur ki hökumətin “Məşğulluq Strategiyası” hazırlaması zəruridir. Bu sənəddə əmək bazarı bütünlüklə öyrənilməlidir. Gənclərin işə düzəlməsindəki problemlərin səbəbləri, əmək bazarında hansı peşəyə ehtiyac olması araşdırılmalıdır”.

Ekspertlər deyiblər ki, rayon sakinlərin bir çoxu işsizdir. Onlar torpaq sahələri olduğuna görə, avtomatik məşğul kimi sayılırlar:

“Hesab edirik ki, nazirə informasiyanı Dövlət Statistika Komitəsi verir. Bu rəqəmlər də gerçəyi əks etdirmir. Bu rəqəmlər formal əmək bazarını əhatə edir. Odur ki, biz bu qədər optimal ola bilmərik”.

Buna da bax:​ Bakıda fəhlə bazarında prezidentin dediyi yeni açılan iş yerlərindən xəbərsizdirlər

İdman ölkəsi – Azərbaycan

Azərbaycan” qəzetində “Azərbaycan bir daha həm də idman ölkəsi olduğunu sübut edir” sərlövhəli məqalə dərc edilib.

Arxiv fotosu
Arxiv fotosu

Müəllif yazır ki, Azərbaycan dünyada böyük siyasi nüfuza malikdir. Bu, həyata keçirilən praqmatik və balanslı xarici siyasətin nəticəsində gerçəkləşib.

Yazıda vurğulanır ki, Azərbaycan hazırda müsəlman aləmində baş verən qarşıdurmalara, müharibələrə son qoyulmasından ötrü öz imkanlarından istifadə edir:

Buna da bax: Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]

“Elə prezident İlham Əliyev tərəfindən ölkəmizdə cari ilin “İslam həmrəyliyi ili” elan edilməsi bu məqsədə xidmət edir. Üstəlik, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz də bu xoş məramdan irəli gəlir. Ölkəmizin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəsi var. I Avropa Oyunlarının Olimpiya yarışları səviyyəsində keçirilməsi bütün dünyada ölkəmizə xüsusi nüfuz qazandırıb”.

Müəllifə görə, Azərbaycan artıq, dünyada idman məkanı kimi tanınır. Müxtəlif olimpiadalarda əldə edilən uğurlar danılmazdır.

Yazıda vurğulanır ki, dövlətin idmana verdiyi dəstək, artıq nəticəsiz qalmır.

XS
SM
MD
LG