İstanbuldakı qarlı hava Türkiyəylə Azərbaycan arasındakı uçuşları təxirə salıb.
Yanvarın 8-9-da İstanbul Atatürk HavaLimanından Heydər Əliyev adına BeynəlxalqHavaLimanına və əks istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.
Bu haqda xəbəri Türkiyə HavaYollarının (THY) rəsmi səhifəsi yayıb.
Buna da bax: İstanbulun hava limanları 'donub'
Qarlı havaya görə Türkiyə HavaYolları ümumilikdə 471 uçuşunu təxirə salıb.
Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşəcəyi və güclü qar yağacağı barədə yenidən xəbərdarlıq edib.