Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:43

Hərbiyə vərəmli çağırışçılar lazımdırmı?


Vərəm dispanserində qeydiyyatda olan çağırışçı Orxan Cəlalbəyli
Vərəm dispanserində qeydiyyatda olan çağırışçı Orxan Cəlalbəyli

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail İdarəsi tərəfindən Bakı sakini Orxan Cəlalbəyliyə hərbi xidmətə çağırış vərəqəsi gəlib.

«VƏRƏMİ YÜZLƏRLƏ ƏSGƏRİN İÇİNƏ NECƏ ATMAQ OLAR?»

Ana: «Sabah bu uşaq gedib hərbi hissədəki başqa əsgərləri vərəmə yoluxdursa, necə olacaq?»

Anası Afət Qəhrəmanova AzadlıqRadiosu-na danışır ki, hələ bundan 6 ay əvvəl Orxan həkimlər tərəfindən müayinə olunarkən onda vərəm aşkarlanıb. Hazırda dövlət hesabına verilən dərmanlarla müalicəsi başlayıb:

«Əvvəl Səbaildəki vərəm dispanserinə apardıq, orda ağciyərində ləkələr aşkar elədilər. Bir az şübhəylə yanaşdıq, dedik, «aparaq, başqa yerdə də müayinədən keçirək». Apardıq Yasamaldakı vərəm dispanserinə. Orda da eyni sözü dedilər və vərəm xəstəsi kimi qeydiyyata götürüldü. Səbail rayonu vərəm dispanseri tərəfindən dövlət hesabına dərmanlar da təyin edildi. Hazırda dərmanları almışıq, qəbul etməyə başlayıb. Hərbi xidmətə çağırışla əlaqədar Ağciyər İnstitutuna müayinəyə apardıq. Dedilər ki, özləri cavabı Səfərbərlik idarəsinə göndərəcəklər».

Buna da bax:​ Saatlılı gənc xəstə vəziyyətdə hərbi xidmətə göndərilib...

Ailəyə məlum olub ki, Ağciyər Xəstəlikləri İnstitutu vərəm dispanserində qeydiyyatda olan Orxan Cəlalbəylini sağlam «çıxarıb»

Belə də olub. Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail İdarəsindən zəng gələndə ailəyə məlum olub ki, Ağciyər Xəstəlikləri İnstitutu vərəm dispanserində qeydiyyatda olan Orxan Cəlalbəylini sağlam «çıxarıb» və o, hərbi xidmətə tam yararlı hesab olunur:

«Bu uşaq vərəmdir, dövlət hesabına verilən iynə-dərman qəbul edir, vərəmi necə aparıb yüzlərlə əsgərin içərisinə atmaq olar? Sabah, birigün o hərbi hissədəki bütün əsgərlər vərəmə yoluxar. Yox, əgər bunların dediyi kimi, uşaq sağlamdırsa, iki vərəm dispanseri bu uşağı necə xəstə çıxarıb? Hökumətin başı xarab olub ki, bu uşağa pulsuz dərman verir?»

«MƏHKƏMƏ EKSPERTİZA TƏYİN ETMƏLİDİR»

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail İdarəsi suallarımızı cavablandırmayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail İdarəsi AzadlıqRadiosu-nun hərbi xidmətə çağırılan Orxan Cəlalbəyli ilə bağlı suallarını cavablandırmayıb. Ağciyər Xəstəlikləri İnstitutu da həmçinin...

Buna da bax:​ Səfərbərliklə bağlı rəsmi Açıqlama

Hüquqşünas Vaqif Alıyev belə durumda məhkəməyə müraciət imkanlarından danışır:

«Məhkəmə ekspertiza təyin etməli, həmin gənc həkim komissiyasından keçməlidir. Əgər sağlam çıxsa, araşdırılmalıdır ki, bu şəxs iki vərəm dispanseri tərəfindən necə qeydiyyata götürülüb. Əgər deyilən xəstəlik aşkarlansa, o zaman məhkəmə qiymət verməlidir ki, sağlamlıq haqqında yekun sənədi vermiş Ağciyər Xəstəlikləri İnstitutu onu necə sağlam çıxarıb».

Elə hərbi xidmətə çağırılan Orxan Cəlalbəylinin valideyni də məhkəməyə müraciət etməyə hazırlaşır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG