Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:07

-

Dövlət Xidməti: Azərbaycanda səfərbərlik gözlənilmir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti səfərbərlik elan olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Açıqlamada deyilir ki, hazırda aprel çağırışının yekunu ilə bağlı ehtiyata buraxılanların və hərbi vəzifəlilərin qeydiyyatı həyata keçirilir. Ehtiyatda olan resurslar barədə məlumatlar bir daha dəqiqləşdirilir.

««Səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır»,- açıqlamada qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG