Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:49

Azərbaycanda məhkəmə xərcləri – adambaşına 9.6 avro


Evinizdən pulunuz oğurlanıb, məhkəmə oğrunu cəzalandırır, amma sizə maddi təzminat ödənmir - NƏ ETMƏLİ?
Gözlə

No media source currently available

0:00 0:05:04 0:00

Evinizdən pulunuz oğurlanıb, məhkəmə oğrunu cəzalandırır, amma sizə maddi təzminat ödənmir - NƏ ETMƏLİ?

Azərbaycanda 2019-cu ilədək mövcud olan 7 adminsitrativ və iqtisadi məhkəmə parçalanıb, yerinə 6 kommersiya və 6 inzibati məhkəmə yaradılıb

Azərbaycan və Gürcüstan məhkəmə sisteminə adambaşına ən az pul xərcləyən ölkələrdir. Gürcüstanda bu rəqəm adambaşına 8.7, Azərbaycanda 9.6 avrodur. Avropada ortalama göstərici isə adambaşına 79 avrodur.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bu həftə açıqladığı hesabatda belə deyilir. Hesabat Avropa Şurasının 44 üzvünü əhatələyər, 2020-ci ilin datasına əsaslanır.

IT, məhkəmə ödənişləri

Bir məsələ də var ki, adambaşına ən aşağı məhkəmə büdcəsinə baxmayaraq, Azərbaycanda IT üzrə nisbətən yüksək səviyyəli resursların olduğu bildirilir.

“2020-ci ildə Azərbaycan, Finlandiya və Slovak Respublikası irimiqyaslı ICT inkişaf layihələri ilə əlaqədar adambaşına orta xərclərdən üç dəfəyədək çox sərmayə yatırıblar”, – hesabatda vurğulanır.

Hesabatda deyilir ki, ölkələr üzrə məhkəmə ödənişlərindən gəlirlər xeyli fərqlənir. Bəzi ölkələrdə onlar ümumi məhkəmə sistemi büdcəsinin 40 faizindən çoxunu, bəzilərində 5 faizindən də azını təşkil edir. Azərbaycan, Belçika, Fransa, Macarıstan, Monako, Monteneqro, İspaniya və İsveç kimi ölkələrdə vergi və ödənişlərdən gəlirin az olduğu bildirilir.

Hüquqi yardım

Azərbaycan, Ermənistan, Kipr və bir sıra ölkələr hüquqi yardım ayıranda aktivləri və gəliri dəyərləndirmir, hesabatda vurğulanır. Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 2018-2020-ci illərdə hüquqi yardım üçün büdcədə əhəmiyyətli artım qeydə alınıb.

“Azərbaycanda və Rumıniyada hüquqi yardım üçün dövlət vəsaitinin həcmində artım vəkil xidməti üçün ödənişlərin artmasıyla izah edilir”, – sənəddə vurğulanır.

Ədliyyədə qadınlar

Xorvatiya, Fransa, Macarıstan kimi ölkələrdə ədliyyə sistemində qadınların çəkisi artır, peşəkar hakimlərin üçdə ikisinin qadınlar olduğu bildirilir.

Azərbaycan, Ermənistan, İrlandiya, Britaniyanın Şimali İrlandiya və Şotlandiya ərazilərində və Mərakeşdə isə qadınların ədliyyədə pazı 40 faizdən də azdır.

Albaniya, Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Mərakeş, Moldovada qadın prokurorların sayı 40%-dən azdır.

Ermənistan Hindistandan 'Bayraktar'a oxşar dronlar alır
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

Vəkil sayı

Avropada vəkillərin sayına gəlincə, 2020-ci ildə hər 100 min nəfərə 172 vəkil düşüb, median göstərici 136-dır. Ancaq Luksemburqda bu say 485, Azərbaycanda isə 20-dir, yəni 24 dəfə az.

Ancaq o da qeyd edilir ki, 2010-2020-ci illərdə Ermənistan, Azərbaycan və Finlandiyada 100 min nəfərə vəkil sayı 100%-dən çox artıb.

Vəkillər arasında kişilərin orta sayı 57%-dir (2018-ci ildə 59% idi). Yunanıstanda bu göstərici 41, Azərbaycanda 83%-dir.

Məhkəmələrin sayı artır

2010-2020-ci illərdə Albaniya, Azərbaycan, Kipr və İslandiyada məhkəmələrin sayı artıb, Avropa üzrə əks tendensiya gedib. Ancaq bu dörd ölkənin hər birində məhkəmə sayının artması yeni ixtisaslaşmış ilkin instansiya məhkəmələrinin yaradılması ilə izah olunur.

Məsələn, Azərbaycanda 2019-cu ilədək mövcud olan 7 adminsitrativ və iqtisadi məhkəmə parçalanıb, yerinə 6 kommersiya və 6 inzibati məhkəmə yaradılıb.

Hesabatda Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin məhkəmələr, peşəkarlar və məhkəmə istifadəçiləri arasında elektron yazışmalarda davamlı irəliləyişə nail olduğu bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG