Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:12

Nobel Sülh Mükafatı insan haqları fəallarına verildi


Ales Byalyatski
Ales Byalyatski

"Onlar birlikdə sülh və demokratiya üçün vətəndaş cəmiyyətinin əhəmiyyətini nümayiş etdirirlər”.

Nobel Sülh Mükafatı Belarus, Rusiya və Ukraynadakı insan haqları fəallarına verilib. Builki mükafat Minsk və Moskvanın narazılara sərt divan tutduğu, Kremlin Ukraynaya hücum etdiyi bir vaxtda təqdim edilib.

Norveç Nobel Komitəsinin başçısı Berit Reiss-Andersen oktyabrın 7-də deyib ki, Belarusda həbsdə olan insan haqları fəalı Ales Byalyatski, Rusiyanın Memorial insan haqları qrupu və Ukraynanın Mülki Azadlıqlar Mərkəzi 2022-ci ilin mükafatına layiq görülüb.

Vətəndaş cəmiyyətinin əhəmiyyəti

“Sülh Mükafatı laureatları öz ölkələrində vətəndaş cəmiyyətini təmsil edirlər. Onlar illərdir hakimiyyəti tənqid etmək hüququnu təbliğ edir, vətəndaşların fundamental hüquqlarını qoruyurlar”, – komitə bildirir.

“Onlar hərbi cinayətləri, insan haqları pozuntularını və hakimiyyətdən sui-istifadəni sənədləşdirməklə böyük iş görüblər. Onlar birlikdə sülh və demokratiya üçün vətəndaş cəmiyyətinin əhəmiyyətini nümayiş etdirirlər”, – məlumatda vurğulanır.

Ermənistan Hindistandan 'Bayraktar'a oxşar dronlar alır
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

Siyasi məhbusların hamısı üçün

60 yaşlı Byalyatski Belarusda Vyasna (Yaz) insan haqları qrupunun əsasını qoyub. O, hazırda vergidən yayınma ittihamıyla həbsdədir, ancaq tərəfdarları ittihamı siyasi motivli sayırlar.

“Bu təkcə onun üçün deyil, Belarusdakı siyasi məhbusların hamısı üçündür”, – belaruslu siyasətçi Paval Latuşka deyib.

“Bu (mükafat) hamımızı mübarizəyə həvəsləndirir və biz Alyaksandr Lukaşenkanın diktarurasına qalib gələcəyimizə əmin oluruq”, – Latuşka sözlərinə əlavə edib.

Rusiya və Ukrayna

Rusiya Ali Məhkəməsi ölkənin ən nüfuzlu insan haqları təşkilatlarından olan Memorial-ı ötən dekabrda qapadıb, onun “xarici agentlər” qanununu pozduğunu deyib.

Memorial o vaxtdan “Memorial, İnsan Hüquqlarını Müdafiə Mərkəzi” yaradıb və hüquqi şəxs olmadan fəaliyyət göstərir.

Mülki Azadlıqlar Mərkəzi isə Kiyevdə 2007-ci ildə təsis edilib, Ukraynada vətəndaş cəmiyyətinin gücləndirilməsinə çalışır, eyni zamanda hüququn aliliyi, beynəlxalq hüquqa sadiqliyi təbliğ edir.

Qurum hərbi cinayətləri və insan haqlarını sənədləşdirir, Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan üzərinə daha çox iş düşüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG