Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Prezident: 'Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda ...'


İlham Əliyev silahlı qüvvələrin paradında çıxış edir, 26 iyun 2018
İlham Əliyev silahlı qüvvələrin paradında çıxış edir, 26 iyun 2018

Bu gün, iyunun 26-də “ Azadlıq” meydanında Azərbaycan ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda prezident, Ali Baş Komandan İlham Əliyev də çıxış edib.

Dövlət başçısı Azərbaycan Xalq Cmhuriyyətinin Milli Ordu yaratmasını ən öməli qərarlardan biri kimi dəyərləndirib.

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi iki il yaşadığını deyən İ.Əliyev bunu müstəqilliyi qorumağın onu əldə erməkdən çətin olması kimi dəyərləndirib.

Buna da bax: Hərbi parad hazırlığı davam edir - VİDEO

Azərbaycanın yenidən müstəqillik əldə etdikdən sonra 1991-93-cü illərki dövrü əvvəllər olduğu kimi yenidən tənqid edən İ.Əliyev həmin iki illik müddəti ölkənin fəlakətlə, siyasi çəkişmələrlə üz-üzə qalması kimi xarakterizə edib.

Prezident deyib ki, həmin dövr Azrəbaycan Xalq Cəbhəsi və Müsavatın dövlət çevrilişi etməsindən sonra ölkədə vəziyyət daha da pisləşdi. Onun deməsinə görə, bundan isitfadə edən Ermənistan torpaqları işğal edib.

İlham Əliyevin vurğulamasına görə, keçən əsrin əvvəlində olduğu kimi müstəqil ölkə kimi yaşamaq yenə də təhlükə altına düşüb. Onun qeyd etməsinə görə, yalnız Hyeydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət sabitləşib.

.İ.Əliyev 1993-2003-cü illəri sabitlik, 2003-cü ildən sonrakı illəri isə ölkənin inkişaf dövrü kimi qiymətləndirib:

“Son 15 ildə Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edir, ölkə iqtisadiyyatı bu müddətdə 3,2 dəfə artıb”.

İ.Əliyev bildirib ki, son 15 ildə Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb, xidmət şəraiti yaxşılaşıb, hərbi hissələrin 80 faizi son bir neçə ildə tikilib və ya bərpa edilib, yaxın illərdə bu iş tammailə başa çatdırılacaq.

Buna da abx: Hərbi parad başlayıb

İ.Əliyev habelə vurğulayıb ki, ordu ən müasir silah və texnika ilə təmin edilib.

Dağlıq Qarabağ probleminə toxunan dövlət başçısı münaqişənin indiyə kimi həll edilməməsini beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməməsi ilə əlaqələndirib.

Dövlət başçısı deyib ki, münaqişənin danışıqlar yolu illə tezliklə həlli, ərazi bütövlüyünün bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır :

“Azərbaycan getdikcə güclənəcək. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə rəqabət apara bilmir və apara bilməyəcək. Tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir”

İlham Əliyev vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvan əməliyyatında Azərbaycanın bəzi əraziləri və strateji yeksəklikləri işğaldan azad edilib.

“Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək. Biz bu müqəddəs günü yaxınlaşdırırıq”, deyə prezident qeyd edib

Prezidentin çıxşından sonra hərbçilər və həbri texnika tribuna önündən keçməyə başlayıb...

Xatırlatma

1992-1993-cü illərdə hakimiyyətdə olan Əbülfəz Elçibəyin komanda üzvləri isə əksinə torpaqların işğalında hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevi günahlandırırlar.Onlar deyirlər ki, məhz 6 rayon o hakimiyyətə gəldikdən sonra işğal edilib.Üstəlik, həmin illərdə hakimiyyətdə olan şəxslər vurğulayırlar ki, Qarabağ savaşı gedən müddətdə indiki prezident İlham Əliyev xaricidə bizneslə maşğul olub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər. Xüsusilə 2016-ci il aprelin 2-dən 5-nə kimi cəbhə bölgəsində iri sialhlar işə düşüb.Hər iki tərəfin o günlər onlarla itki verdiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG