Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 09:11

Sabah, İyunun 26-da Azadlıq Meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar hərbi parad keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatına görə, hərbi paradda müdafiə, daxili işlər, fövqəladə hallar nazirliklərinin, dövlət təhlükəsizliyi, dövlət sərhəd, xüsusi dövlət mühafizə xidmətlərinin və Türkiyə Silahlı Qüvvələrinin heyəti iştirak edəcək.

Buna da bax: Bakıda hərbi parada hazırlıq VİDEO

Parad heyətinin 4000 nəfərədək şəxsi heyətdən ibarət olduğu bildirilir.

Mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunacaq.

Buna da bax: Hərbi paraddan sonra...

Paradda həmçinin, Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edəcək.

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları da keçirilməlidir.

Müdafiə Nazirliyindən bildirilib ki, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra izləmək mümkün olacaq.

Hərbi parad Azərbaycan Cümhuriyyəti (AC) və ordunun qurulmasının 100 iliyi münasibətilə təşkil edilir.

Son günlər helikopter və təyyarələr Bakı buxtası üzərində uçuşlar həyata keçiriərək, parada hazırlıq görürlər.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. İyun 26-də ordunun əsası qoyulub. Azərbaycan Cümhuriyyəti Rusiya qoşunlarının işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.

Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə qovuşub. Yeni müstəqil respublika AC varisi olduğunu bəyan edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG