Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:10

Hərbi paraddan sonra...


arxiv foto
arxiv foto

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilməlidir.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra izləmək mümkün olacaq.

Hərbi parad Azərbaycan Cümhuriyyəti (AC) və ordunun qurulmasının 100 iliyi münasibətilə təşkil edilir.

Hərbi paradın iyunun 26-da Bakının «Azadlıq» meydanında keçiriləcəyi gözlənir.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. İyun 26-də ordunun əsası qoyulub. Azərbaycan Cümhuriyyəti Rusiya qoşunlarının işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.

Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə qovuşub. Yeni müstəqil respublika AC varisi olduğunu bəyan edib.

XS
SM
MD
LG