Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Hərbi parad başlayıb


Bakıda hərbi parad, 26 iyun 2011
Bakıda hərbi parad, 26 iyun 2011

Bu gün, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 100 illik yubileyi münasibəti ilə Azadlıq Meydanında hərbi parad başlayıb.

Müdafiə Nazirliyi əvvəlcədən bildirmişdi ki, hərbi paradda müdafiə, daxili işlər, fövqəladə hallar nazirliklərinin, dövlət təhlükəsizliyi, dövlət sərhəd, xüsusi dövlət mühafizə xidmətlərinin və Türkiyə Silahlı Qüvvələrinin heyəti iştirak edəcək.

Parad heyətinin 4000 nəfərədək şəxsi heyətdən ibarət olduğu bildirilib.

Mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunmalıdır.

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları da keçirilməlidir.

Müdafiə Nazirliyindən bildirilib ki, avia-şounu bu gün, iyunun 26-da hərbi paraddan sonra izləmək mümkün olacaq.

Hərbi parad Azərbaycan Cümhuriyyəti (AC) və ordunun qurulmasının 100 iliyi münasibətilə təşkil edilib.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. İyun 26-də ordunun əsası qoyulub. Azərbaycan Cümhuriyyəti Rusiya qoşunlarının işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.

Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə qovuşub. Yeni müstəqil respublika AC varisi olduğunu bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG