Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Azərbaycan Fransa jurnalistlərinə qarşı məhkəməni uduzdu


Azərbaycanın məhkəməyə verdiyi iki jurnalistdən biri Elise Lucet
Azərbaycanın məhkəməyə verdiyi iki jurnalistdən biri Elise Lucet

Apellyasiya məhkəməsi Azərbaycanın fransız jurnalistlərə qarşı defamasiya ittihamı üzrə işə baxılmamasına dair aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Azərbaycan hökuməti jurnalistləri ölkəni “diktatura” adlandırmaqla böhtana yol verməkdə günahlandırır.

AFP yazır ki, beləliklə Versal Apellyasiya Məhkəməsinin sentyabrın 19-da çıxardığı hökm jurnalist Elise Lucet və France-2 telekanalının ovaxtkı xəbər direktoruna qarşı 2015-ci ildə hazırlanmış reportaja görə açılmış işə xitam verib.

Bu təhqiqat reportajında Azərbaycan “dünyanın ən amansız diktatorluqlarından biri…” adlandırılmışdı.

Apelyasiya Məhkəməsinin hökmündə deyilir ki, heç bir ölkə, o cümlədən də Azərbaycan defamasiya ittihamı ilə çıxış edə bilməz.

Azərbaycan hökuməti Laurent Richard-ı ittiham edir
Azərbaycan hökuməti Laurent Richard-ı ittiham edir

Elise Lucet bu məhkəmə qərarı barədə özünün Facebook səhifəsində yazıb:

"Azərbaycan bu gün Laurent Richard-ın çox gözəl təhqiqatına qarşı apellyasiyanı uduzub. Sizi məlumatlandırmaq azadlığı qalib gəldi. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm".

Azad ifadə fəalları Azərbaycanın fransız jurnalistlərə qarşı məhkəmə ittihamını senzuranın ixracı cəhdi adlandırmışdılar.

Bir il əvvəl keçirilmiş məhkəmə dinləməsində Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatı jurnalistlərin müdafiəçisi qismində çıxış edirdi.

Azərbaycandan olan bir jurnalist və insan haqları fəalları da müdafiəyə dəstək vermişdilər.

AzadlıqRadiosu sözü gedən jurnalistlərə qarşı 2017-ci ildə başlanmış məhkəmədən reportaj vermişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG