Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Azərbaycan hakimiyyəti 2 fransalı jurnalisti məhkəmədə uda bilmədi [yenilənib]


Həmin jurnalistlərdən biri Elise Lucet
Həmin jurnalistlərdən biri Elise Lucet

Azərbaycan hakimiyyətini "diktatura" adlandıran jurnalistlərə qarşı Bakının qaldırdığı iddianı Fransa məhkəməsi rədd edib.

Azərbaycan hökuməti Elis Luçet (Élise Lucet) Loran Rişar (Laurent Richard) adlı iki televiziya əməkdaşını böhtançılıqda ittiham edirdi. Vurulmuş zərərə görə 1 avro simvolik cərimə, o cümlədən Fransanın müvafiq orqanlarının bu telekanala yayım qadağası tətbiq etməsini, ya da 12 min avro cərimələnməsini tələb edirdi.

Laurent Richard
Laurent Richard

Buna da bax: Fransa məhkəməsi Azərbaycan hökumətinin iddiasına baxacaq – jurnalistlərə qarşı

2015-ci ilin sentyabrında “Frans 2” televiziyası ilə yayımlanan araşdırma proqramında Luset Azərbaycanda dünyanın ən qəddar diktatorlarından birinin hökm sürdüyünü deyib. Rişar isə «France Info» radiosuna müsahibəsində Azərbaycana diktatura deyib.

Bu müsahibədən əvvəl 2014-ci ilin mayında Rişar və onun operatoru Fransanın o zamankı prezidenti Holande-ın Azərbaycana səfəri zamanı Bakıya gəliblər. Onlar Azərbaycanın "kürü diplomatiyası", rəsmi Bakının fransız deputatlarla əlaqələri barədə araşdırma aparıblar. Amma jurnalistlər Bakıdan çıxan zaman qısa müddətə saxlanılıb və polis onların kameralarının yaddaş kartını silib.

Buna da bax: Fransız reportyorlar Bakıda hava limanında saxlanıblar

Jurnalist Loran Rişar AzadlıqRadiosu-na bunları deyib:

"Bu gün çox yaxşı gündür. Bu gün artıq biz rəsmi qaydada Azərbaycana diktatura deyə bilərik və rəsmi qaydada təsdiqləndi ki, Azərbaycan öz senzurasını xaricə tətbiq edə bilməz. Bu çox yaxşı qərardır. Ümid edirik ki, bu cür senzura cəhdləri bir neçə jurnalisti həbsdə olan ölkənin daxilində də keçərli olmayacaq. Bu qərar Azərbaycan hökumətinə çox güclü bir siqnal oldu ki, ölkənin daxilində tətbiq etdikləri senzuranı ölkədən kənarda da keçirə bilməzlər və Azərbaycan xalqı xəbərdar olmalıdır ki, Fransa kimi demokratik ölkələrdə Azərbaycana diktatura demək mümkündür".

Buna da bax: Birinci ledinin Parisdə yaşadığı xoşagəlməz anlar

«Sərhədsiz Reportyorlar» təşkilatının 2017-ci il Mətbuat Azadlığı indeksinə görə, Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir. "Sərhədsiz Reportyorlar", həmçinin, Azərbaycan prezidenti İlham Əliyevi özünün «mətbuat azadlığının düşmənləri» siyahısına salıb.

Azərbaycan rəsmiləri ölkədə söz və mətbuat azadlığının vəziyyətinə görə bütün tənqidləri rədd edir. Prezident İlham Əliyev özü dəfələrlə ictimai çıxışlarında Azərbaycanda media azadlığının tam təmin olunduğunu deyib. Rəsmilər beynəlxalq təşkilatların bu yöndə tənqidlərini Bakıya qarşı hansısa qüvvələrin təzyiq cəhdi adlandırırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG