Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 11:49

Nə üçün qadınlar çəltik sahələrində ayaqyalın gəzir?


Çəltik sahəsində ayaqyalın işləyən qadın. 15june2017

Astara rayonunda həm İrana gedən dəmir, həm də ipək yolu çəltik sahələrindən keçir. İpək yoluna torpaq döşənib. Lakin işlər yarımçıq qalıb. Yerli sakinlərin deməsinə görə, İran tərəfində də bu yol çəltik sahələrindən keçdiyindən orda torpaq sahibləri etiraz ediblər. Ona görə də orada, ipək yolunun istiqamətini dəyişməli olublar…

“Qul əməyidir də, işləyirik”

“Hektarlarla çəltik sahəsi zay oldu. Bu ətrafda bir qarış da torpaq qalmayıb. Çəltik əkilib”.

Buna da bax:​ Astara sakininə niyə çəltik əkmək daha sərf eləmir?

Çəltik sahələri. Astara. 15june2017
Çəltik sahələri. Astara. 15june2017

Əlindəki yaba ilə su arxını təmizləyən çəltikçi bizdən xahiş etdi ki, şəkilini çəkməyək. Ancaq onun ürəyi dolu idi :

“Bir dəfə jurnalistlər şəkilimi çəkdilər. Ürəyimi boşaltdım. Məmurlar mənə irad tutdular ki, nə üçün həqiqəti demişəm. Başımın ağrımasını istəmirəm. Qul əməyidir də, işləyirik. Çarəmiz yoxdur. Amma ruzidir, bərəkətdir. Nə qədər çox olsa başımız uca olur”.

Qadınlar ayaqyalın işləyirlər...

İndi sahələrdən alaq otlarını təmizləyirlər. Alaq otlarını əsasən qadınlar təmizləyir. Çəltik sahəsi daim su altında olur. Buna görə qadınlar çəltik sahələrində ayaqyalın işləyirlər.

Buna da bax: Kəndlilərə bildiriş gəlib: ' Torpağı ək, yoxsa…'

Müəllim olsa da sahibkarlıqla məşğul olan Mehman Quliyev. 15 iyun 2017
Müəllim olsa da sahibkarlıqla məşğul olan Mehman Quliyev. 15 iyun 2017

“Bizə çəltik yığan kombaynı lazımdır”

Müəllim olsa da sahibkarlıqla məşğul olan Mehman Quliyev də 1 hektara yaxın sahədə çəltik əkib. O deyir ki, çəltik əkini ildən ilə çətinləşsə də yerli məhsula tələbat böyükdür:

“Çəltikçiliklə 20 ildən çoxdur məşğul oluruq. Hər il məhsuldarlıq artır. Ötən illərə nisbətən bu il çəltik çox əkilib. Kəndimizə məxsus çəltik sahələrində boş yer qalmayıb. Əsas əl əməyidir. Texnika yoxdur. Biz taxıl yığan kombaynı ilə məhsul yığırıq. Nəticədə itki olur. Bizə çəltik yığan kombaynı lazımdır. Düyü satışında problemimiz yoxdur. İrandan, Türkiyədən gəlib maraqlanırlar. Keçən il ingilislərə bir tondan çox düyü satmışıq. Bu ildə də ingilislərlə müqaviləmiz var. Düyünün bir kiloqramını 5 dollardan danışmışıq. Söhbət gedir ki, Astara düyüsü ekoloji cəhətdən təmizdir. Dədə-baba qaydası ilə əkin keçirilir. Nəticədə düyü keyfiyyətini saxlayır. Buna görə də xarici ölkələr düyümüzə maraq göstərirlər. Aparılan düyüdən ,əsasən, uşaq yeməkləri hazırlanır”.

Buna da bax:​ Kəndli: «Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?»

Çəltik sahələrində işləyən 72 yaşlı Xanoğlan Quliyev. 15 iyun 2017
Çəltik sahələrində işləyən 72 yaşlı Xanoğlan Quliyev. 15 iyun 2017

Uşaqlar və qocalar da işləyir...

Çəltik sahələrində işləyən yaşlı adamlara və azyaşlı uşaqlara da rast gəldik. Xanoğlan Quliyevin də 72 yaşı olmasına baxmayaraq çəltik sahələrində çalışır. O deyir ki, aldığı pensiya ona çatmır. Buna görə də, əlavə gəlir əldə etmək istəyir:

“Bizdə əsas əl işi çoxdur. Zəhmət çox istəyir. Şumdan başqa qalan bütün işlər əl ilə görülür. Sahəni 3 dəfə alaq otlardan təmizləmişik, yenə otlar qalxır. Sevindiricidir ki, indiyə kimi su problemi olmayıb. Bilmirəm bundan sonra nə olacaq? Hələ ki, yaxşıdır. Ancaq məhsul gec yetişəcək. O dərəcədə hava isti deyil. Mən özüm çoxdan çəltikçilikdə işləyirəm, sovet dövründən bəri. Örüş yerlərini zəbt ediblər. Mal-qara gəlib doluşur çəltik sahəsinə, ziyan vurur”.

Buna da bax:​ Çəltik əkən kişi: «Torpaq bizdən ağdır»

İş adamı İbrahim Əfsəlov. 15 iyun 2017
İş adamı İbrahim Əfsəlov. 15 iyun 2017

“Bankdan kredit götürmüşəm...”

İş adamı İbrahim Əfsəlov isə iki ildən çoxdur ki, çəltik əkini ilə məşğul olduğunu deyir. Bu il 2,5 hektarda çəltik əkib. Ümid edir ki, qazancı yaxşı olacaq:

“Şərait var. Lakin vəsaitə ehtiyacım var. Kömək lazımdır. Bankdan kredit götürmüşəm. Vəsait bəs etmir. Hökumət tərəfdən kömək lazımdır. Əkin yerlərini icarəyə götürmüşəm. Subsidiyanı torpaq sahibləri alır, mənə çatmır. Allahın köməkliyi ilə 5,5 ton məhsul olacaq”.

Buna da bax:​ Əkin çoxalıb, bəs su?

Çəltik sahələrindən keçən ipək yolu. 15 iyun 2017
Çəltik sahələrindən keçən ipək yolu. 15 iyun 2017

“Dərman tapa bilmirik...”

Sahibkarın deməsinə görə, ötən ilə nisbətən bu il əkinə və sahələrə qulluğa daha çox vəsait xərclənib:

”Fəhlə pulu artıb. Günəmuzd işləyənlərin hər birinə günə 20 manat pul verilir. Ötən il 15 manat idi. Bu gün 5-ci gündür 4 nəfər 70 sot torpaqda işi başa çatdıra bilməyib. Çəltik sahələrində işləmək istəyən azdır. Çünki çətindir, ağırdır. Əslində alaq otların əleyhinə dərmanlar var. Amma o dərmanı tapa bilmirik. Yuxarılardan xahiş edərdik ki, bizə dərman versinlər. Dərman səpilsə bir həftədə alaq otlarını təmizləmək olardı. Dərmansız bir ay çəkir”.

Buna da bax:​ 'Parnik'çilər təşvişdə: 'Mazut satışı da dayanıb, dedilər qiymət qalxacaq'

Sahibkar deyir ki, hər hektara 1500 manata yaxın pul xərcləyib:

“2,5 hektara 3000 manatdan çox vəsait xərclənib. Allah eləməsin sahə batsın. Xirtdəyə qədər borca düşərəm. Allaha yalvarıram ki, başqa problem olmasın. Hələ ki, yaxşıdır. Bircə pul sarıdan çətinliyim var. Ona da Allah kərimdir”.

Qonşu rayonlarda da çəltik əkilib. Lənkəranda 30 hektardan çox sahədə çəltik əkinin keçirildiyi bildirilir. Burda müalicə əhəmiyyətli qara çəltik də əkilir.

Yerli düyü bahadır

Adının çəkilməsini istəməyən bir mütəxəssisin dediyinə görə, rayonlarda çəltikçiliyə qayıdış yaşayışın çətinləşdiyindən xəbər verir:

Buna da bax: Pambıq və tütünə 10 qəpik subsidiya veriləcək

“Heydər Əliyevin hakimiyyətinin ilk illərində çəltik əkini genişləndi. Təkcə Astarada 10 min tondan çox çəltik istehsal olunurdu. Sonra çəltik əkini azalmağa doğru getdi. Səbəb çox sadə idi. Kəndlilər qazanc götürə bilmədilər. Çoxu müflis oldu. Çəltik əkinini dayandırdılar. Azərbaycan düyü idxalından asılıdır. Ölkəyə keyfiyyətsiz düyü gətirilir. Ona görə də yerli düyüyə ehtiyac yaranıb. Yerli düyü xaricdən gətirilən düyüdən bir neçə dəfə bahadır. İndi düyü əkmək sərf edir. Ona görə də düyü əkini ildən ilə genişlənir. Səpmə üsulundan istifadə etdikdə işlər əsasən texnika ilə görülür. Şitil üsulunda isə işlər əsasən əl ilə görülür. Bunun üçün texnika yoxdur. Ona görə də işlər baha başa gəlir. Hər il çəltikçilərə söz verirlər ki, texnika olacaq, ancaq bu sahədə irəliləyiş yoxdur”.

İrana gedən dəmir yolu.
İrana gedən dəmir yolu.

İcra Hakimiyyəti nə deyir?

Çəltik Astara rayonunun Artupa, Suparibağ, Səncərədi, Kakalos, Lənkəran rayonun isə Şürük kəndlərində əkilir.

Astara Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, bu il 500 hektara yaxın sahədə çəltik əkini keçirilib:

“Texnikanı sahibkarlar özləri gətirirlər. Texnika sarıdan heç bir problem yoxdur...”

Günün bütün mövzuları

XS
SM
MD
LG