Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:52

Astara sakininə niyə çəltik əkmək daha sərf eləmir?


Astara, çəltik sahəsi.

“Çəltik toxumu əldə etmək çətinləşib. Yalnız İrandan gətiririk, o da son vaxtlar baha başa gəlir, gömrükdə də incidirlər. Əkinlə məşğul olmağın əziyyəti bizə qalır, mayanı zorla çıxarırıq".

Astara sakini Əlif Camalovun ailəsi uzun illərdir ki, çəltikçiliklə məşğul olur. O, "Qaynar xətt"ə danışır ki, ötən ay toxum səpini başlayanda sahədə əkin işləri apara bilməyiblər. Səbəb də həm çəltik toxumunun həm də dərmanlama işlərinin baha başa gəlməsidir:

Buna da bax:​ 'Bakının oksigenini kəsirlər'

"Əsasən, İrandan haşımi sortu gətirib əkirik. Düzdür, özümüz də toxum tuturuq. Ancaq öz tutduğumuzdan 1-2 mövsüm istifadə edə bilirik. İrandan gətirmək üçün gömrükdə o qədər lazımsız sənəd tələb olunur ki... Bir də sahələri vaxtı-vaxtında dərmanlamaq lazımdır ki, çəyirtkə-filan məhsula daraşmasın. Dərman da bahalaşıb. Hektarlarla əraziyə indiki qiymətlərlə dərman çatdırmaq mümkün deyil".

QIŞDA LEYSAN, YAYDA SUSUZLUQ

Əlif Camalov deyir, əkin sahələrindəki digər problem suvarmayla bağlıdır. Bu üzdən də fermerlərin bəziləri hektarlarla buğda sahələrində yonca əkir. Çünki yoncanı çox suvarmağa ehtiyac qalmır.

Buna da bax: 'Bu kəndlərdən sürətlə köç başlayıb'

Susuzluq kələmlikləri də məhv edir. Bu sahə ilə məşğul olan astaralı Hacı İsmayılovun istəyi odur ki, suvarma kanallarının gözü təmizlənsin:

"Qışda bir də görürsən, leysan üzündən sahəni su basıb, məhsul zay olub. Yayda isə əksinə, susuzluqdan kələmlər yanır. Heç nə istəmirik, bu su məsələsini tənzimləsinlər, qalan texnika-filan məsələlərini birtəhər həll edirik. Kök əkmişik, kələm əkmişik, göyərti, pomidor, xiyar... hektarlarla sahələrdə tərəvəz əkini işləri aparılıb. Bircə su versinlər, məhsul yığımı vaxtı peşman olmayaq. Su problemi həll olunsa, sahələrdən indikindən 2-3 dəfə çox məhsul götürə bilərik".

Buna da bax:​ Bələdiyyə evi dağılana: 'Gözlə, gedim vergi yığım, gəlirəm'

“HEKTARA GÖRƏ 50 MANAT SUBSİDİYA VERİLİR”

Astara rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, hazırda əkin mövsümüdür və hökumət bu sahəylə məşğul olan fermerlərə hər cür diqqət göstərir:

"Texnika sarıdan şikayət yoxdur. Üstəlik, fermerlərə əkin apardıqları hər hektara görə 50 manat subsidiya verilir. Heç bir fermer bunu dana bilməz. Su məsələsinə gəlincə, sahələr susuz deyil. Ancaq yenə də fermerlərin narahatlıqlarını əlaqədar qurumlar qarşısında qaldıra bilərik. Gömrüklə bağlı narazılığa gəlincə, bu məsələ gömrük idarələrinə aiddir. Ancaq çox zaman belə şikayətlər araşdırılanda məlum olur ki, fermerlərin Kənd Təsərrüfatı Nazirliyindən əldə etməli olduqları qanunla nəzərdə tutulan sənədləri qaydasında deyil. Bildiyimiz qədər, əsasən, problem bu zaman ortaya çıxır".

Buna da bax:​ Susuz Xaşaxuna bağları

Problemlərə baxmayaraq, Hacı İsmayılov əkin sahəsindən bol məhsul götürəcəyindən ümidini üzmür.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG