Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:25

“Şəkər çuğunduru istehsalının stimullaşdırılması “Аzərsun Hоldinq” şirkətlər qrupuna daxil olan İmişli şəkər zavodunun yerli xammalla təminatının artırılmasına hesablanıb”.

İqtisadçı Qubad İbadoğlu ölkə başçısının şəkər çuğunduru istehsalçılarına dəstək məqsədilə verdiyi fərmanı dəyərləndirərkən belə deyib.

İqtisadçı bildirir ki, zavodun ixrac imkanları getdikcə aşağı düşür.

Buna da bax:​ Şəkər çuğunduru istehsalçılarına dəstək, amma...

“Bu zavod xammalı əsasən idxal edir. Zаvоdda gündə 5 min tоn şəkər çuğunduru, 100 tоn şəkərin еmаlı və ildə 300-350 min tоn şəkər istehsalı nəzərdə tutulurdu. Hazırda o tam istehsal gücü ilə fəaliyyət göstərmir”, deyən ekspert rəsmi gömrük statistikasına istinad edib.

Onun sözlərinə görə, 2016-cı ildə 62 milyon dollarlıq şəkər ixrac olunub. Bunun əvəzində ondan 2,5 dəfə çox valyuta xərclənərək ölkəyə şəkər və onun istehsalından ötrü xammal gətirilib. Ötən il yalnız şəkər idxalına 152,7 milyon dollar valyuta xərclənib.

Buna da bax: Kəndlilərə bildiriş gəlib: ' Torpağı ək, yoxsa…'

Q.İbadoğlu bildirib ki, ötən il şəkər ixracatından əldə edilən valyuta gəlirləri 2015-ci illə müqayisədə 3,5 dəfədə azalıb.

“Bunun başlıca səbəbi istehsalın aşağı düşməsidir. Ancaq eyni zamanda dünya bazar qiymətinin ucuzlaşması da valyuta gəlirlərini kəskin şəkildə azalmasına səbəb olub. Odur ki, bu il şəkər çuğundurundan ötrü əkin sahələri 2 dəfədən çox artırılaraq 15 min hektara çatdırılıb. Bu il sahələrdən 600-700 min ton məhsul yığılması gözlənilir. Halbuki, 2016-cı ildə 344 min ton məhsul yığılıb”.

Əkin sahələri artırılsa da, ekspert bu sahələrdə ciddi su təchizatı probleminin olduğunu vurğulayıb.

Buna da bax: Devalvasiya şəkər zavodunu da «vurub»?

“Görəsən, birdən birə şəkər çuğunduru istehsal sahəsini 2 dəfədən çox artırmağa qərar verənlər onun su təminatı barədə düşünüblərmi?”, deyə ekspert hökumətə sual edib.

Prezident İlham Əliyev aprelin 4-də şəkər çuğunduru istehsalçılarına dəstək məqsədilə fərman imzalayıb.

Fərmana görə, Azərbaycanda hökumət şəkər çuğundurunun emalı ilə məşğul olanlara maliyyə dəstəyi verəcək.

Buna da bax: Ərzaq 30 faizdən çox bahalanıb

Belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə, 4 manat subsidiya ödəniləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG