2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 03:30
manat
manat

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

14:35 30.11.2015

"Bu təkliflərə siyasi veto qoyula bilər"

Miqrasiya böhranı Avropa Birliyi ilə Ankaranı yaxınlaşdırır. Növbəti dönəmdə bu münasibətlərin nə qədər sürəcəyi aydınlaşacaq. politico.eu portalında Ernest Maragall yazır ki, Avropanın qaçqın böhranının Türkiyəyə ötürülməsi etibarlı və uzunmüddətli həll deyil. Tərəflərin yekun razılaşmasında təkcə Türkiyəyə maliyyə dəstəyi deyil, Avropanın bu məsələ üzrə məsuliyyəti də əksini tapmalıdır.

Bazar günü tərəflər Türkiyəyə 3 milyard yarım avro ayrılması, əvəzində Ankaranın AB-yə üzvlük danışıqlarının canlandırılması üzrə razılığa gəliblər. Müəllifsə yazır ki, hər hansı miqrasiya sazişinin üzvlük danışıqlarına bağlanması AB-nin genişlənmə siyasətinə risk yaradır: «Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-in prioritetlərindən biri onun mandatı dövründə genişlənmənin baş verməməsi idi. Vəzifəyə gələndən bir il sonra AB Türkiyənin qaçqın böhranında əməkdaşlığının əvəzində yeni təklif verir. Bu təkliflərə siyasi veto qoyula bilər».

14:59 30.11.2015

Prokuror Pənah Hüseynin qohumlarına 5 ilədək həbs cəzası istəyir

Prokuror müxalifət liderlərindən olan Pənah Hüseynin yeddi qohumuna 2 il yarımdan 5 ilədək həbs cəzası istəyib.

Proses noyabrın 30-da Sabirabad rayon Məhkəməsində keçirilib.

Məlumatı AzadlıqRadiosuna məhkəmədə iştirak edən Pənah Hüseyn verib.

15:21 30.11.2015

Bu adları uşağa qoymaq olmaz

Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 ad açıqlanıb: Bunlar Ansambl, Alak, Boran, Bədil, Bircan, Bəzək, Əbabil, Əyar, Əyyar, Əbi, Əda, Əcəb, Əbiş, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Cılğız, Çervon, Çələng, Düymə, Fağır, Fərmayiş, Faiz, Fakir, Fani və başqalarıdır

15:42 30.11.2015

Eldar Ryazanov öldü

Tanınmış kino rejissoru Eldar Ryazanov 88 yaşında vəfat edib.

O ürək çatışmazlığından əzab çəkirdi.

SSRİ xalq artisti Ryazanovun çəkdiyi 30-dək filmin demək olar hamısı sovet və Rusiya ekranlarında hit olub: "Karnaval gecəsi”, “Özünü avtomobildən qoru”, “Qəddar romans”, “Xidməti məhəbbət”, “Taleyin kinayəsi və ya həmişə təmizlikdə”, “İki nəfərlik vağzal”...

Davamı

​
XS
SM
MD
LG