Purin Erdoğanla görüşməyəcək
Parisdə BMT-nin İqlim konfransında Putinlə Erdoğanın görüşü nəzərdə tutulmayıb.Bunu Putinin sözçüsü Dmitri Peskov bildirib.
"Putin müasir dünyanın necə qurulduğunu anlamır"
Almaniyada George Marshall Strateji Araşdırmalar Mərkəzinin fəxri professoru Alexander Garin-in fikrincə, Putin çağdaş dünyanın necə qurulduğunu anlamır.
Putin kapitalizmi «pul hər şeyi çözər», «demokratiya pərdədir», «dostlara sərmayə» kimi yozur və bu, sovet təhsilindən qaynaqlanır:
«O üzdən Putin pul xəttini tutub. Stalin-in öz mühəndis mütəxəssisləri olduğu kimi, onun yaxşı maliyyəçiləri var. O, təsəvvüründəki kapitalizmi öz dostları vasitəsilə nəzarətdə saxlayır... İntellektual kapitalın olmaması onu geriyə sürükləyir. O, XIX əsri bərpa edir – «pravoslavlıq, mütləqiyyət, xalqçılıq», «suveren demokratiya», «bizimkilər», «Allahın qoyduğu rəhbər» (və bu səbəbdən onu tənqid etmək olmaz), Üçüncü Aleksandra aid olan, Nikita Mikhalkov-un tez-tez təkrarladığı «ordu və donanma Rusiyanın yeganə dostlarıdır» deyimi – bunların hamısı köhnə zamanlara qayıdışdır."
Davutoğlu: "Heç kim üzr istəməyi tələb edə bilməz"
Türkiyənin baş naziri Davutoğlu noyabrın 30-da Brüsseldə NATO baş katibi ilə görüşdən sonra deyib ki, "Heç bir ölkə bizdən üzr istəməyi tələb edə bilməz".
Rusiya vurulan təyyarəyə görə Türkiyənin üzr istəməsini tələb edir.
Britaniyada şəkərə vergi qoymaq istəyirlər
Britaniyada parlament şəkərə və ümumiyyətlə, qeyri-sağlam qida məhsullarına vergi qoymağı nəzərdən keçirir. Məqsəd ilk növbədə uşaqların köklüyü ilə mübarizədir. Statistikaya görə, Britaniyada az gəlirli ailələrin uşaqları arasında piylənmə varlı ailələrdəkindən 2 dəfə yüksəkdir. Bunun əsas səbəbi isə qeyri-sağlam qidadır.