2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 03:30
manat
manat

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:14 4.12.2015

Fazil Mustafa: "Elçibəy vəfat edəndə Heydər Əliyev onun başı üstə dayandı"

APA-nın məlumatına görə, Fazil Mustafa parlamentdə deyib ki, tənqidi fikirlər ola bilər, ancaq təhqirə yol vermək olmaz. O qeyd edib ki, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstündən çuvalın götürülməsi yaxşı haldır, ən azı tənqidlərdən yəqin müəyyən nəticələr çıxarılıb: “Bir məqamı deyim. Biz Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq, ancaq Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun başı üzərində dayandı. Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi. Milli Məclisdə Məhəmməd Əmin Rəsulzadənin təhqir olunması ilə bağlı məsələyə münasibət bildirilməlidir”.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov Naqif Həmzəyevin müsahibəsində belə fikir söyləmədiyini deməsinə diqqət çəkib: “Naqif Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər"

13:10 4.12.2015

Azərbaycana qar yağır

Qar örtüyünün hündürlüyü Xınalıqda 59, Qəbələdə 37, Rvarudda 35, Lerikdə 32, Altıağacda 31, Şində 29, Şəkidə 25, Ordubadda 24, Yardımlı, Gədəbəy, Kəlvəzdə 22, Qubada 20, Daşkəsəndə 19, İsmayıllıda 17, Ağdərə, Qaxbaş, Sarıbaşda 15, Şahbuzda 14, Naxçıvanda 10, Qaxda 8, Zaqatalada 5, Mərəzədə 1, Qubanın dağlıq ərazilərində 15-59 santimetr olub.

12:50 4.12.2015

Rəsulzadənin büstünün başından çuval çıxarıldı

Dekabrın 4-də səhər saatlarında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkındakı büstünə keçirilmiş çuval çıxarılıb.

Bu haqda məlumatı «Azərfax» Gəncə sakinlərindən birinə istinadla yayıb.

Məlumata görə, hazırda əraziyə 20-dək texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparırlar. «Bu bizim üçün çox xoş bir sürpriz oldu»- deyə Gəncə sakini bildirib.

20:38 3.12.2015

Bu günki AzadlıqLive-da:

Nardarana əsas işıq lazımdır..- Kəndin ağsaqqalı Natiq Kərimov: “İşığı versinlər, bu camaat yazıqdır”. " Hər yerdə deyirəm. Mən bilsəm ki, kimdə silah var, onlardan qabaq gedərəm onun evinə, deyərəm “ay ən aşağı adam, bu camaat sənə görə əziyyət çəkir, öləni basdırmaq olmur, yoldan keçmək mümkün deyil, mərasim keçirmək olmur. Silah nəyinizə lazımdır?” Qoy yoxlasınlar. Cinayətkar öz cəzasına çatmaldır. Bu, birmənalıdır, başqa söz ola bilməz. Ən əsas işıq məsələsidir. Doğum evində, xəstəxanalarda, məktəblərdə belə işıq yoxdur. Yaşlılar, uşaqlar yazıqdırlar axı. Axtarış aparırsan, silah axtarırsan, Allah canınızı sağ elsəin, ancaq işıq verin. Camaatın təqsiri nədir?"

Dekabrın 5-də araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən bir il ötür--- Jurnalistin anası Elmira İsmayılova deyir: "atam 37-ci ildə həbs olunmuşdu, qohumlar hamısı bizdən üz çevirmişdilər, yəni bu yolu bir dəfə keçmişəm, bu dəfə belə şeylər gözləyirdim və heç kimdən də küsmürəm. Hər kəs özü bilər."

Bəs cəmiyyətə, hakimiyyətə onun mesajı nədir?

No media source currently available

Direct-ə keçid

Bakı zooparkı qışa hazırdırmı? Heyvan hüquqları müdafiəçisi deyir ki, heyvanların haqları hər gün pozulur

Embed

No media source currently available

Direct-ə keçid

Davamı

​
XS
SM
MD
LG