2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 03:30
manat
manat

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

17:38 3.12.2015

BMT hesabatı: Statistikaya görə, "evindən didərgin düşən, 20 il evinə qayıda bilmir"

Dünyada 100 milyon insanın humanitar yardıma ehtiyacı var. Bunu BMT-nin Əhali Fondu yeni hesabatında bildirir. Hesabata görə,münaqşələrlə evindən 10 milyonlarla qadın və qız evindən didərgin düşüb.

Hesabatdan əsas məqamlar:

Ehtimala görə, hazırda dünyada didərginlərin sayı 59,5 milyondur.

Evindən didərgin düşən insan, orta hesabla, 20 il evinə qayıda bimir.

Təbii fəlakətlər bir ildə orta hesabla, 200 milyon insanın həyatına təsir edir.

Təbii fəlakətlə didərgin düşənlərin sayı 10 il əvvəlkidən 60 faiz çoxdur. Təbii fəlakətlərdən ildə 67500 adam ölür.

Münaqişələrdən bir ildə ölənlərin sayı orta hesabla, 200 minə çatıb.

2010-2014-cü illər arası köçkünlərin sayı, yəni ölkə daxilində evindən didərgin düşənlərin sayı 2 dəfə artıb.

Dünyada olan didərginlərin yarısı 4 ölkənin payına düşür. Bunlar Əfqanıstan, Suriya, Somali və Sudandır.

16:29 3.12.2015

Damda snayperlər

Adının çəkilməsini istəməyən Nardaran sakini AzadlıqRadiosuna deyir: «Kəndin çox vahiməli görünüşü var. Hər tərəfdə əlisilahlı əsgərlərdir. Meydan, mərkəzi küçələr, hətta ara küçələr də əli silahlılarla doludur. Kəndin küçələrində hərbi maşınlar var, az qala, hər evin damında əlisilahlı hərbçilərdir. Snayperlər də var. Camaat qorxudan küçəyə çıxmır, uşaqlar məktəbə getmir».

15:15 3.12.2015

Putin deyib ki, "pomidorla iş bitməyəcək"

Rusiya prezidenti Vladimir Putin deyir ki, Türkiyənin Rusiya təyyarəsini vurmasını unutmayacaq. Bunu Putin dekabrın 3-də illik müraciətində deyib.

Putin-in sözlərinə görə, Türkiyə elədiyinə peşman olacaq və Rusiyanın cavabı təkcə ticarət sanksiyaları ilə məhdudlaşmayacaq.

15:09 3.12.2015

"Silah axtarırsınız, Allah canınızı sağ eləsin, ancaq işıq verin"

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov: "Ən əsas işıq məsələsidir. Deyirlər, kəndin işığa 42 milyon borcu var. 42 milyon ola bilməz. Necə ola bilər axı? Burda zavod yox, fabrik yox. 5-6 ay əvvəl rəsmi şəkildə deyirdilər ki, 500 min borc var. 500 mindən 42 milyona necə gəlib çata bilər? Doğum evində, xəstəxanalarda, məktəblərdə belə işıq yoxdur. Yaşlılar, uşaqlar yazıqdırlar axı. Axtarış aparırsan, silah axtarırsan, Allah canınızı sağ elsəin, ancaq işıq verin. Camaatın təqsiri nədir?"

Davamı

​
XS
SM
MD
LG