2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 03:44
manat
manat

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

14:28 3.12.2015

Xədicə İsmayılın həbsindən 1 il ötdü

Dekabrın 5-də araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən bir il ötür. Jurnalistin anası Elmira İsmaylova deyir: "atam 37-ci ildə həbs olunmuşdu, qohumlar hamısı bizdən üz çevirmişdilər, yəni bu yolu bir dəfə keçmişəm, bu dəfə belə şeylər gözləyirdim və heç kimdən də küsmürəm. Hər kəs özü bilər."

13:02 3.12.2015

Bank of Amerika da manatdan danışır

«Azərbaycan Mərkəzi Bankının manatın kursunu istənilən yolla sabit saxlamaq istəyi ona baha başa gəlib».

Amerikanın ən nüfuzlu banklarından biri «Bank of Amerika Merrill Lynch» Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırır.

Bu haqda Forex ProFinance Service məlumat yayıb.

«Bank of America» hesab edir ki, Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi, sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir»- məlumatda deyilir.

13:00 3.12.2015

Kaliforniyada 14 adamın ölümünə gətirən hadisənin günahkarları bilindi

Çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının San Bernardino şəhərinin İcma Mərkəzində baş vermiş və azı 14 nəfərin həyatına son qoymuş atışmanın şübhəlilərinin 28 yaşlı Syed Rizwan Farook və 27 yaşlı Tashfeen Malik olduqları bildirilib.

Onların hər ikisinin ABŞ-da doğulduğu və ABŞ vətəndaşları olduğu xəbər verilir. Bəzi məlumatlarda bu iki nəfərin ər-arvad olduqları bildirilib.

Məlumatlarda deyilir ki, şübhəlilər hadisə yerindən qaçmağa çalışdıqları maşında, polislə atışma zamanı öldürülüblər.

12:56 3.12.2015

Türkiyə-Rusiya münaqişəsi Cənubi Qafqazı bölür

«Türkiyə və Rusiya arasında sıxılmış, əsrlər boyu imperiyaların döyüş səhnəsinə çevrilmiş Cənubi Qafqaz indi də Rusiya təyyarəsini Türkiyə vurandan sonra geosiyasi qalmaqalın qəlpələrini gözləməkdədir». Bunu eurasianet.org saytında Tbilisidə çalışan jurnalist Giorgi Lomsadze yazır.

Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi Ermənistan dərhal Kremli dəstəkləyib. Bu ölkədə ictimai fikir də Moskvanın Suriyadakı hərbi məqsədlərinin tərəfini tutur. Ermənistanda Amerika Universitetində mühazirə oxuyan təhlilçiVahram Ter-Matevosian belə deyir. Hələ Suriyada vətəndaş müharibəsi başlanmazdan həmin ölkədə böyük erməni diasporu fəaliyyət göstərirdi. Digər tərəfdən, Rusiya daima Ermənistanın təhlükəsizliyinin qarantı olub.

«Rusiya silahlı qüvvələrinin Suriyada iştirakı nəhəng resurslar tələb edəcək. Ermənistanda Rusiyanın hərbi bazaları var. Strateji müttəfiq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistandan da prosesə qoşulmaq istənilə bilər», - Ter-Matevosian deyir.

Gürcüstanda isə «Su-24»ün vurulması Rusiya ilə 2008-ci il müharibəsini yada saldı. Gürcülərin əksəriyyəti Ankaranı alqışladı.

Tbilisidə bəzi təhlilçilər ümid edir ki, bu insident Gürcüstanın NATO-ya üzvlük cəhdlərini sürətləndirə bilər.

Davamı

​
XS
SM
MD
LG