Bu günki AzadlıqLive-da:
Nardaranın işığı, qazı niyə yoxdur? Nardaran kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov: “İşığı kəsəndən sonra problemlərimiz çoxalıb. Çünki məişətdə elektrikdən istifadə edirik. Qaz ki, neçə illərdir yoxdur."
Kənd sakinləri hesab edir ki, işığı kəsməklə hökumət onları cəzalandırır. Çünki enerji borcunun olması bir həftənin söhbəti deyil. Bu borc uzun müddətdir yığılıbmış.
Konstitusiya Araşdırmalar Fondunun kommunal xidmətlər üzrə ekspert Ələkbər Ağasıyev: " borcu olan abunəçinin təchizatı 1 ay ərzində dayandırılır. Həm də kiminsə borcu yoxdursa, onun işığı niyə kəsilməlidir ki?"
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti kəndin işığının 42 milyondan artıq borca görə kəsildiyini deyir. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev əvvəlcə söylədi ki, istehlakçıların 2 faizi ödəniş edib. Sonrasa bütün qəsəbənin borclu olduğunu bildirdi
“Həqiqətən Məmməd Əmin Rəsulzadə ilə bağlı elə söz deyibsə, onu məhkəməyə verəcəm”.
Bunu AzadlıqRadiosuna müsahibəsində Azərbaycan Demokratik Cümhuriyyətinin lideri olmuş M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyir.
Söhbət Gəncədən seçilmiş deputat Naqif HəmzəyevinM.Ə.Rəsulzadə ilə bağlı bəzi fikirləri səsləndirməsi iddialarından gedir.
Tapança ilə bazarda tərəzi yoxlayır
Donetsk separatçı regionunun lideri Zaxarçenko bazarda tərəzini yoxlayıb. Tərəzinin düz çəkib-çəkmədiyi ətrafında mübahisə düşəndə o, cibindən tapança çıxarıb deyir ki, gəlin, tapançanı çəkək, görək düz çəkir yoxsa yox. TT markalı tapançanı tərəzinin üstə qoyur, sonra deyir ki, tərəzi düz çəkmir. Başqa tapançanı da çəkirlər, Zaxarçenko deyir ki, 15 qram artıq göstərir. TT tapançası 940 qramdır.
200 gün davam etmiş döyüşlərə hər iki tərəfdən baxış
Azadlıq Radiosunun "İndiki zaman"TV layihəsinin əməkdaşı Şahida Yaqubun çəkdiyi sənədli film
Donetsk aeroportu Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyayönümlü separatçılar arasında ən ağır döyüşlərin getdiyi yer olub.