2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 04:06
manat
manat

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

15:33 2.12.2015

İslam dinə aid mərasimləri xaricdə təhsil alan apara bilməyəcək

"Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik layihəsi dekabrın 2-də Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunub.

Dəyişiklik təklifinə əsasən, qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin (Dini ayinlər və mərasimlər) adı dəyişdirilir. Bu maddə «Dini ayinlər, mərasimlər və atributlar» adlanacaq. Dəyişikliyə əsasən, islam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə biləcək. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimləri aparması qadağandır.

14:47 2.12.2015

Amerikanı dəyişən qaradərili qadın

Amerikalı qaradərili Rosa Parks-ın məşhur “avtobus boykotu”nun 60 illiyidir. Düz 60 il əvvəl Rosa Parks Alabama ştatının Montqomeri şəhərində avtobusda durub, öz yerini ağdərili sərnişinə verməkdən imtina etdi.

ABŞ prezidenti Barack Obama Rosa Parksın bu hərəkətinin 60 illiyini qeyd edib. Onun bəyanatında deyilir:” Parks seçkili vəzifə tutmurdu. O, varlı və ya nüfuzlu ailədə doğulmamışdı. Ancaq 60 il əvvəl Parks Amerikanı dəyişdi”.

Parksın bu hərəkəti 1955-ci ildə avtobus boykotu hərəkatının başlanğıcını qoydu və sonda nəqliyyatda ayrı-seçkiliyin ləğvinə apardı.

14:01 2.12.2015

«Microsoft» şirkəti «PowerApps» adlı yeni xidmətini təqdim edib

Xidmət biznes istifadəçilərinə kodlaşdırma olmadan, asanlıqla mobil və ya veb proqram yaratmağa imkan verir.

İstifadəçilər «PowerApps»ın köməyi ilə «Office 365», «Salesforce», «Dropbox» və digər bulud xidmətlərindəki fayllarına daxil ola və bu məlumatdan istifadə edərək applikasiya (App) yarada bilərlər.

Məsələn, «Salesforce»dan işçilərin məhsuldarlığını izləmək üçün istifadə edirsənsə, buradakı məlumatlara əsasən avtomatik izləyə biləcəyin proqram yarada bilərsən.

13:10 2.12.2015

Zuckerberg xeyriyyəyə 45 milyard verir

Facebook sosial şəbəkəsinin banisi və sahibi Mark Zuckerberg və onun xanımı Priscilla Chan bəyan ediblər ki, şirkətdəki səhmlərinin 99 faizini “xeyirli işlərə” vermək qərarına gəliblər.

Onlar bu xeyirxah addım barədə xəbəri, qızları Max-ın dünyaya gəlməsi xəbəri ilə birlikdə açıqlayıblar.

Cənab Zuckerberg bu niyyəti barədə özünün Facebook səhifəsində yenicə doğulmuş qızına yazdığı geniş məktubda bildirib.Məktubda qeyd olunduğuna görə, onlar pullarını Chan Zuckerberg Initiative xeyriyyəsinə ona görə verirlər ki, Max böyüyəndə daha yaxşı bir dünyada yaşaya bilsin.

Davamı

​
XS
SM
MD
LG