-
Amerikalı qaradərili Rosa Parks-ın məşhur “avtobus boykotu”nun 60 illiyidir.Düz 60 il əvvəl Rosa Parks Alabama ştatının Montqomeri şəhərində avtobusda durub, öz yerini ağdərili sərnişinə verməkdən imtina etdi.
ABŞ prezidenti Barack Obama Rosa Parksın bu hərəkətinin 60 illiyini qeyd edib. Onun bəyanatında deyilir:” Parks seçkili vəzifə tutmurdu. O, varlı və ya nüfuzlu ailədə doğulmamışdı. Ancaq 60 il əvvəl Parks Amerikanı dəyişdi”.
Parksın bu hərəkəti 1955-ci ildə avtobus boykotu hərəkatının başlanğıcını qoydu və sonda nəqliyyatda ayrı-seçkiliyin ləğvinə apardı.
Obama bildirib ki, Parksın öz yerini verməkdən imtina etməsi bir sadə jest idi, ancaq onun ədalətsizliyə dözməkdən imtina etməsi Amerika boyunca Vətəndaş Haqları Hərəkatının alovlanmasına gətirdi.
Obama dəfələrlə Parksın dogma şəhərinə gəlib və onu yad edib.Obama Detroytda Henry Ford muzeyində saxlanan o məşhur avtobusda da olub və Parksın oturduğu yerdə əyləşib. (şəkildə)
Parks 2005-ci ildə vəfat edib.
Obama deyib ki, “Parks aramızda yoxdur, ancaq onun o hərəkəti bu gün də bizi ruhlandırır”
Parks deyirdi ki, siz haqlı olanda heç nədən qorxmayın.
ABŞ Konqresinin qərarında Rosa Parks "Müasir Vətəndaş haqları hərəkatının anası" adlandırılıb.