Sığınacaq möhkəmdir, bəs ora çatmağa vaxt varmı? – Dron reallığı
Müasir müharibələrdə kütləvi dron hücumlarından ənənəvi üsullarla qorunmaq çətinləşir. Ukraynada yaşayan azərbaycanlı Asif Əliyev sonuncu dəfə iki həftə əvvəl sığınacaqda olub. O, sığınacaq kimi sovet dövründən qalan zavod zirzəmiləri ilə yanaşı, yeni binalardan və metrolardan da istifadə edildiyini bildirir: "Zirzəmilər də fərqli olur. Məsələn, mənim yaşadığım evdə bu, sadəcə zirzəmi deyil; orada oturmağa yer də, tualet də, əl yumağa şərait də var. Ona görə ki, bina təzədir və evin öz sakinləri buranı daha da yaxşılaşdırıblar".
Arxiv
-
Oktyabr 07, 2026'Qanunları nə qədər ayaq altına atmaq olar?' - ToplumTV məhkəməsi
-
Oktyabr 07, 2026Məmur və vətəndaşın pensiyaları arasında uçurum var