Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 01:20

Ali məktəblərə qəbul qaydaları müəyyən edilib


Foto: arxiv

Nazirlər Kabinetiali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

Xəbəri APA yayıb.

Qaydalara görə, ali məktəblərə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında sənəd alanlar malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müsabiqədənkənar qəbulu istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Müsabiqədə iştirak ödənişlidir.

Daha sonra “Qaydalar”da sənədlərin təqdimatı haqda bilgilər yer alır.

Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanına qatıla bilər.

Daha sonra Qaydalarda ixtisas qrupları, bu qruplar üzrə imthan fənləri, xarici dil seçimi, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsi barədə informasiyalar verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG