Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:54

Qəbul imtahanları başa çatıb


Mayın 13-də Azərbaycanın 11 şəhərində keçirilən qəbul imtahanları başa çatıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələrindən ötrü zəruri şərait yaradılıb. Anacaq bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədiklərindən imtahana buraxılmayıblar.
Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, köçürməyə cəhd edən, qaydalara uyğun davranmayan abituriyentlərin də imtahandan xaric olunduğu bildirilir. Ancaq bunun bunlarla bağlı hər hansı say açıqlanmayıb.

DİM vurğulayır ki, bu gün, mayın 13-də “Space” telekanalında canlı yayımlanacaq “Abituriyent” verilişində imtahanda istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in internet saytında və Facebook səhifəsində da yerləşdiriləcək.

Abituriyentlər, müəllimlər, ekspertlər, valideynlər və başqa arzu edən şəxslər imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Mayın 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

--

Bu gün, mayın 13-də 2018/2019-cu tədris il üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, qəbul imtahanları ölkənin 11 şəhərində təşkil edilib:

“İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 66 binada aparılır. İmtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verir. Bakı şəhərində 15968, Naxçıvanda 1768, Gəncədə 3857, Sumqayıtda 1732, Mingəçevirdə 1572, Şəkidə 1998, Bərdədə 2114, Göyçayda 1520, Şirvanda 2208, Lənkəranda 2283, Xaçmazda isə 1539 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək”.

Buna da bax: Ekspert: ‘İlk illər 700 bal toplamaq mümkün olmayacaq’​

Nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdirilməlidir.

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları isə mayın 20-də keçiriləcək.

Buna da bax: Yeni imtahan modeli açıqlandı

XS
SM
MD
LG