Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:40

AzadliqRadiosu FMə qayıdır...Gürcüstanda


Gürcüstanda Azərbaycan dilində verilişlərin yayımı başlayıb. FM 107.4 dalğasına çıxan AzadliqRadiosunun Gürcüstan xidməti - Radio Tavusipleba öz efirindən hər gün 30 dəqiqəlik yayım vaxtını Azərbaycan xidmətinin sərəncamına verib.

Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri, yerli vaxtla saat 20.30-da AzadliqRadiosu özünün İz proqramı, Qafqaz Qovşağı və radionun qızıl arxivindən maraqlı müsahibə və reportajlarla Gürcrstanda yaşayan Azərbaycanlıların görüşünə gəlir.

AzadliqRadiosunun direktoru Kənan Kazımoğlunun sözlərinə görə, bunu tarixi hadisə adlandırmaq olar, çünki Gürcüstan FM məkaknında ilk dəfədir ki, Azərbaycan dilində gündəlik radioproqram səslənir. Onun sözlərinə görə, Azərbaycan xidməti hələlik FM 107.4-də özünün ümumi yayım cədvəlində olan verilişlərdən istifadə edir, lakin gələcəkdə Gürcüstanda yaşayan Azərbaycanlı dinləyicilərin arzu və istəklərinə uyğun verilişlərin hazırlanması da istisna deyil.

AzadliqRadiosu ABŞ və Avropa qurumlarının etirazlarına baxamayarq 2009-cu ildə BBC və Amerikanın səsi ilə birlikdə Azərbaycanın FM məkanından çıxarılıb. Həmin vaxtdan Azərbaycanda radioyayımlarını internetdə, HotBirdTürksat peyklərində həyata keçirir. 2013-cü ildən radionun HotBird peykində aramsız yayımlanan ARTV (AzadliqRadiosu.tv) kanalı da işinə başlayıb.
XS
SM
MD
LG