Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:56

Vaqif Səmədoğlu: «Mən bu qərarın qəti əleyhinəyəm»


«20 Yanvar hadisələri zamanı səsimizi dünyaya çatdıran bu radiostansiyalar olub. Xüsusilə də «Azadlıq» radiosu»
«20 Yanvar hadisələri zamanı səsimizi dünyaya çatdıran bu radiostansiyalar olub. Xüsusilə də «Azadlıq» radiosu»
«Mən bu qərarın qəti əleyhinəyəm. İndiyə qədər də anlaya bilmirəm ki, bu qərar hardan gəldi, xarici radioların milli tezlikdə yayımını dayandırmaq fikri hardan doğdu, niyə doğdu. Mən bu qərarı həm başa düşmürəm, həm də başa düşmək istəmirəm». Milli Məclisin üzvü, şair Vaqif Səmədoğlu Milli Televiziya və Radio Şurasının xarici radiostansiyalar barədə dekabrın 30-da çıxardığı qərara münasibətini açıqlayarkən belə deyib.

V.Səmədoğlu bildirib ki, əslində Milli Teleradio Şurasının qərarının elə bir effekti də olmayacaq: «Bu radiostansiyaların yayımını dayandırmaq mümkün deyil axı? Verilişlərini Bakıdan yaya bilməsələr, Praqadan, Münhendən yayacaqlar. Ona görə də mən şuranın qərarının radiolara ciddi problem yaradacağını da düşünmürəm. Kimin nə qərar çıxarmasına baxmayaraq onlar fəaliyyət göstərəcəklər. Onların arxasında ABŞ, Avropa durub. Bir də unutmaq lazım deyil ki, Azərbaycan xalqının ən ağır günlərində, 20 Yanvar hadisələri zamanı əlimizdən tutan, karımıza yetən, səsimizi dünyaya çatdıran bu radiostansiyalar olub. Xüsusilə də «Azadlıq» radiostansiyası».

Kinorejissor Ayaz Salayev hesab edir ki, Azərbaycanda xarici radiostansiyaların milli tezlikdən məhrum edilməsi onların nüfuzunu daha da artıracaq.
O, bildirib: «Əvvəla, indi 21-ci əsrdir. Xarici radioların yayımının məhdudlaşdırılması kimi üsullardan istifadə olunmasını düzgün hesab etmirəm. İkincisi, bu qərar xarici radiostansiyaların nüfuzunu daha da artıracaq. Özü də bu nüfuz sürətlə, ikiqat, üçqat artacaq. Yadıma düşür ki, 1970-ci illərin sonlarında yay aylarında, bağda «Amerikanın səsi», «Azadlıq» radiolarına gizlincə qulaq asırdıq və onların verdiyi informasiya heç nə ilə əvəz olunmurdu. İndi də elə olacaq. Onlar əvəzedilməz bir informasiya mənbəyinə çevriləcək».

Kinorejissorun fikrincə, informasiya mənbəyini nə qədər məhv etməyə çalışsan, onun populyarlığı, əhəmiyyəti, təsiri bir o qədər artır.

«Day.az» saytının baş redaktoru Elnur Baimov Milli Televiziya və Radio Şurasının xarici radiostansiyalarla bağlı çıxardığı qərarı düzgün saymır.
E.Baimov deyib ki, əgər Azərbaycanda tezliklərdə bağlı hansısa qıtlıq olsaydı, onda şuraya haqq qazandırmaq olardı: «Bu qədər boş tezlik olduğu halda isə radiolardan FM tezliyini almaq düzgün deyil».
Milli Televiziya və Radio Şurası dekabrın 30-da keçirilən iclasında xarici radiostansiyaların Azərbaycanda sərbəst yayımını dayandırmaq haqda qərar çıxarıb.

Azərbaycanda milli tezlikdə üç xarici radiostansiya - «Amerikanın səsi», «Azadlıq» və BBC radioları fəaliyyət göstərir. 2009-cu il yanvarın 1-dən buna son qoyulacaq.
«Media Forum»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG