Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:05

Azərbaycanda xarici radioların FM-də yayımı dayandırılır


«Azadlıq» radiosunu yanvarın 1-dən etibarən qısa dalğada (SW) 9.48 mhz, peyk, həmçinin əvvəlki qaydada İnternet vasitəsilə dinləmək mümkündür
2009-cu ilin yanvarın 1-dən Azərbaycanda fəaliyyət göstərən xarici radioların yerli tezlikdə yayımı dayandırılır. Bu haqda dekabrın 30-da Milli Teleradio Şurası qərar verib.
Şura bildirir ki, xarici radioların FM tezliyində yayımlanması Azərbaycanın «Milli teleradio yayımı haqqında» qanununa uyğun deyil. Bundan sonra bu KİV-lər öz fəaliyyətlərini qısa dalğada, İnternet və peyk yayımı ilə davam etdirə bilərlər.

Azərbaycan rəsmiləri deyirlər ki, xarici radioların ölkədə yayımı beynəlxalq qaydalara uyğunlaşdırılır.

ATƏT-in bir neçə ay əvvəlki bəyanatında isə bildirilirdi ki, Avropa məkanında media sahəsində yeganə beynəlxalq standart plüralizmin təmin olunmasıdır. Əksər beynəlxalq təşkilatlar bəyan ediblər ki, xarici radioların yerli tezliklərdə yayımının dayandırılması Azərbaycanda media sahəsində plüralizmə zərbə vuracaq.

«Azadlıq» radiosunu yanvarın 1-dən etibarən qısa radiodalğalarda (SW 9.48 MHz tezliyində), peyk, həmçinin əvvəlki qaydada İnternet vasitəsilə dinləmək mümkündür.

Azərbaycanda üç xarici radio – «Azadlıq», «Amerikanın Səsi» və BBC radioları fəaliyyət göstərir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG