Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 01:54

AzadlıqLive- Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

14:11 25.1.2016

16 villa xəbəri ilə bağlı araşdırma başlandı

"SOCAR-da mövcud olan Korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq, şirkətin Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı araşdırma aparılır".

Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladılır ki, haqqın. az saytının yaydığı məlumata əsasən, Q. Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K. Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K. Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.

Yazıda eyni zamanda Q. Mehdiyevi şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.

14:55 25.1.2016

Üzüm sərfəlidir, amma...

"üzüm sərfəli bitkidir. İldə təqribən hər hektara 1500 manat xərc qoyur. 10 min manata yaxın isə qazancı olur:

Sahə hər il şumlanır. Cərgələrin arası traktorlarla şumlanır. Tənəklərin dibini isə işçilər bellə şumlayır. Bunun quru, yaşıl bağlaması var. Dərman, gübrə xərcləri var. Birdə yığım xərcləri. Hektardan təqribən 20 ton üzüm götürürük. Əslində məhsuldarlıq daha yüksək olmalıdır. Sadəcə, mənim yerim seyrəkdir. İlk vaxtlar üzümün 1 kiloqramını 1 manata, 1 manat 50 qəpiyə satırıq. Sonra qiymət 80-60 qəpiyə düşür".

14:58 25.1.2016

Hava limanlarında viza mərkəzləri açılır

Fevralın 1-dən Azərbaycanın bütün beynəlxalq hava limanlarında gələn sərnişinlər üçün viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.

Məlumatı «Azərbaycan Hava Yolları» yayıb.

Bu mərkəzlərdə Fars Körfəzi ölkələrinin (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt), habelə Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.

15:42 25.1.2016

Qiymət Mehdiyev bəyanat yaydı

SOCAR-ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı bəyanat yayıb.

Q.Mehdiyevin Anspress-ə təqdim etdiyi bəyanatda deylir: "Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.

Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.

Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqəti elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir.

Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".

O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılıb.

Davamı

XS
SM
MD
LG