Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 19:07

AzadlıqLive- Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

13:17 25.1.2016

Dağlara 40 sm qar yağıb

Yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

13:19 25.1.2016

2 ildir maaş ala bilmirlər

Yanvarın 25-də Daşkəsən Mədən Zavodunun onlarla işçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəlib. Onlar 2 ildir əməkhaqqı ala bilmədiklərinə etiraz edirlər.

Etirazçılardan bir qismini nazirlikdə qəbul ediblər. Əraziyə Çevik Polis Alayının əməkdaşları gətirilib.

13:22 25.1.2016

Lənkəranda 16 günlük xalq hakimiyyəti ... 1990-cı ilin yanvarı

Sovet ordusu 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə də keçdi. Cəlilabad rayonunda həbslər aparıldı, Neftçala rayonunda iki nəfər həlak oldu. Yanvarın 25-dən 26-na keçən gecə sovet ordusu Lənkəran şəhərinə girdi. Şahidlərin dediklərinə görə, şəhərin mühasirəsinə 4 minə yaxın hərbiçi cəlb edilmişdi.

13:35 25.1.2016

“2016-cı ildə Azərbaycanda inflyasiya 10 -12% səviyyəsində proqnozlaşdırılır”.

Bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

Maliyyə nazirin sözlərinə görə, bu, ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulub: "Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib. Ona görə də bu il inflyasiya 10-12% səviyyəsində gözlənilir".

2015-ci ildə ölkədə inflyasiya 4%, 2014-cü ildə 1,4%, 2013-cü ildə 2,4%, 2012-ci ildə 1,1%, 2011-ci ildə 7,9%, 2010-cu ildə isə 5,7% olub. Ötən il ərzaq malları 6,1%, qeyri-ərzaq malları isə 3,8% bahalaşıb.

Pullu xidmətlər üzrə tariflər isə 1,2% bahalaşıb.

Davamı

XS
SM
MD
LG