Rusiya razılaşdı, neft bahalandı
Rusiya ilk dəfə olaraq, ictimai şəkildə bildirib ki, OPEC neft karteli ilə qlobal neft istehsalının 5 faiz azaldılması danışıqlarına gedəcək.
Rusiyanın Enerji naziri Alexander Novak yanvarın 28-də Sankt Peterburqda jurnalistlərə deyib ki, belə danışıqlara hazırdır. Bu bəyanatdan sonra Londonda neftin bareli 8 faiz bahalanaraq 36 dollara sıçrayıb.
“OPEC ölkələri hazırda üzv və qeyri-üzv ölkələrin fevralda görüşünü təşkil etməyə çalışırlar”, Novak deyib. “Məsələni müxtəlif ölkələr nəzərdən keçirir. Biz öz tərəfimizdən iştirakımızın mümkünlüyünü təsdiqləmişik”.
2014-cü ilin ortalarından neftin qiyməti düşməyə başlayandan Rusiya rublu ABŞ dollarına qarşı rekord həddə düşüb.
"Avis" rəhbəri saxlanıb
«Avis» tibbi marketlər şəbəkəsinin rəhbəri Elmir Məhərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
O, həmin şəxsin süni qiymət artımında və başqa qanunsuzluqlarda ittiham olunduğunu bildirir.
Ali məktəbə qəbul və buraxılış imtahanları birləşdirilə bilər
«Azadlıq» yazır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qəbul imtahanları ilə bağlı gözlənilən yeniliklərdən danışarkən imtahanların heç olmasa, 5 fənn üzrə keçirilməsinin zəruri olduğunu deyib. O bildirib ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, dünyanın bir sıra ölkələrində buraxılış imtahanlarıyla qəbul imtahanları birləşdirilmiş formada həyata keçirilir.
Bu günki AzadlıqLive-da:
"Bakı-Tbilisi-Qars"a tökülən pullar geri qayıdacaqmı? Neft eksperti İlham Şaban pessimistdir
Müxalifəti ittiham etməkdənsə, hakimiyyət islahat aparsın- prezidentin köməkçisi Əli Həsənovun dediklərinə müxalifətdən cavablar
Bakı şəhərdir, kənddir? Bakının müxtəlif yerlərində odun yığanlar
Azad İstehlakçılar Birliynin sədri Eyyub Hüseynov deyir ki, hava soyuyanda şikayətlər də artır- qaz verilmir, ya təzyiqi az olur.