Keçid linkləri

2025, 31 Dekabr, çərşənbə, Bakı vaxtı 04:13

AzadlıqLive- Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

18:35 28.1.2016

"Dollar krediti ilə bağlı nəyə görə kiməsə güzəşt edilməlidir?"

Bu sözləri maliyyə naziri Samir Şərifov "Qafqazinfo"nun əməkdaşının "Hökumət 5000 dollara qədər olan kreditlərə güzəşt edə bilərmi?" sualına cavab verərkən deyib.

Nazir bildirib ki, bu bir qrupa edilsə, sabah başqa qrup da deyəcək onlara da güzəşt olunsun:

"Bizdə olan məlumata görə, kredit götürənlər gözləmə mövqeyindədir ki, güzəşt olacaq. Buna görə ödəmir.

Digər tərəfdən hər bir kəs kredit götürərkən hansı valyutada götürdüyünü bilir. Banklar xeyriyyə təşkilatı deyil. Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır. Dövlət kompensasiya məsələsində əhaliyə sosial yardımlar verir. Həm də qeyd olunan məbləğ çox böyükdür. Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər".

18:29 28.1.2016

Nazir 4 milyard xəbərini təkzib edir

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) tərəfindən 4 milyard dollar həcmində kreditin cəlb edilməsi barədə danışıqlar getmir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.

Nazir bildirib: "Vəziyyətimiz elə acınacaqlı deyil ki, qısa müddət ərzində kimdənsə kredit istəyək. Əksinə, biz özümüz digər ölkələrə kreditlər veririk".

17:00 28.1.2016

Araz Ağalarov "krallar" siyahısında 7-cidir

Forbes jurnalının rus versiyası Rusiyada "daşınmaz əmlak kralları reytinqi"ni elan edib. Birinci yerdə Azərbaycandan olan milyarderlər - Zarax İliev və Qod Nisanovdur. Onların "Kiyevskaya ploshad" şirkətinin icarədən illik gəliri 1 milyard 115 milyon dollar olub. Moskvada keçən il açılan Moskvarium adlı okeanarium da onlarındır. Forbes.ru yazır ki, 53600 kv m sahəsi olan bu okeanariumun açılışına Putin də gəlmişdi. Onu tələbə yoldaşı İlham Rəhimov da müşayət edirdi. İlham Rəhimov "Kiyevskaya ploshad"-ın bəzi obyektlərinin şərikli sahibidir.

Crocus Qrupun rəhbəri Araz Ağalarov krallar siyahısında 7-cidir. Onun başçılıq etdiyi Crocus Qrupunun icarədən illik gəliri 365 milyon dollardır. Ancaq Forbes.ru-nun məlumatının sonunda bir bənd də var. Orda deyilir ki, qrupun borcu 1,4 milyard dollardır.

16:21 28.1.2016

"Rayonlarda etiraz aksiyalarını müxalifət təşkil etmişdi" (?)

«Bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub. Politoloji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin «cəmiyyətin nəbzini yoxlaması» kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya xalq hakimiyyətin siyasətindən narazıdır və buna görə də öz etirazını bildirir».

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov devalvasiyadan sonra bölgələrdə etiraz aksiyalarının keçirilməsini AZƏRTAC, «Trend» və APA agentliklərinə müsahibəsində belə şərh edib.

Xatırladaq ki, müxalifət bu aksiyaları müxalifətin təşkil etməsi iddialarını həmişə rədd edir.

Davamı

XS
SM
MD
LG