Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 08:04

Yerevanda AzadlıqRadiosunun müxbirinə hücum olub


AzadlıqRadiosunun müxbiri Sisak Gabrielyan polis rəisi Vladimir Gasparianla danışır,25 iyun 2015

AzadlıqRadiosunun erməni xidmətinin əməkdaşı aprelin 2-də keçirilən parlament seçkisində müşahidə etdiyi qanunsuzluğu ifşa edərkən hakim partiya mənsublarının hücumuna məruz qalıb.

Yerevanın Kond əyalətində işləyən Sisak Gabrielyan görüb ki, bir neçə şəxs seçki məntəqəsinə getməzdən əvvəl hakim Respublika Partiyasının namizədi Hakov Beglaryan-ın yerli ofisinə daxil olublar. Az sonra seçki qərargahını tərk edən həmin şəxslərin əlində pul olub, bu isə onların səslərini pulla satması ehtimalını yaradıb. Ermənistanda seçkilərdə səslərin pulla alınması nadir hadisə deyil.

Gabrielyan Beglaryan-ın seçki qərargahına gedən bəzi seçicilərə qoşulub, qərargahdan ona deyiblər ki, bu, “seçki rüşvəti deyil, maaşdır”.

Bu zaman Beglaryan-a sadiq adamlar, onların arasında gənclər də olub, jurnalistə hücum ediblər, telefonunu alıblar və onu təhqir ediblər.

AzadlıqRadiosunun müxbiri çıxan qarşılıqda gözlərindən kiçik xəsarət alıb. Gabrielyan deyir ki,orda başqa jurnalistlər də olub və onların da kamerası əllərindən alınıb.

Olayla bağlı polisə məlumat verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG