Keçid linkləri

Təcili xəbərlər
2020, 29 May, Cümə, Bakı vaxtı 13:31

'Azadlıq' qəzetinin əməkdaşı yazdığı statusla bağlı polisə aparıldığını deyir


Təzəxan Mirələmli, 9 iyul 2012

Poisdən çıxan Təzəxan Mirələmli polisə çağırılması ilə bağlı status yazıb. O rəsmi çağırışla polisdə olduğunu və ona heç bir təzyiq olmadığını, döyülməsi barədə yayılan məlumatların da doğru olmadığını qeyd edib.

Təzəxan Mirələmlinin polisdən çıxandan sonra Facebookda yazdığı status, 4 aprel 2020
Təzəxan Mirələmlinin polisdən çıxandan sonra Facebookda yazdığı status, 4 aprel 2020

***

Bu gün, aprelin 4-də "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin evdən polisə aparıldığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna məlumat verən T. Mirələmlinin yaxınları bildirib ki, O, dünən, aprelin 3-də sosial şəbəkədə yazdığı statusa görə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

"Bir az olar evimizə polis gəlib atamı Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Aralarında olan söhbətdən başa düşdüm ki, yazdığı statusa görə aparıblar. Başqa bir şey demədilər", deyə onun oğlu qeyd edib.

Aprelin 3-də T.Mirələmli paytax Bakıda bir polis əməkdaşının davranışına aid status yazıb.

Amma Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “Turan” agentliyinə deyib ki, T.Mirələmlinin polisə aparılmasından xəbəri yoxdur.

Xatırlatma

Bu il martın əvvəlində "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirəmliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açıldığı bildirilir.

Ona qarşı cinayət işininin özünü videobloqer kimi təqdim edən Ata Abdullayevin verdiyi şikayəti əsasında açıldığı bildirilir. T.Mirələmli cinayət işinin əsassız açıldığını açıqlayıb.Amma onun bu açıqlamasına rəsmi qurumlardan , hələlik, münasibət almaq mümkün olmayıb.

Ata Abdullayev isə iddia edib ki, Təzəxan Mirələmli ona hücum çəkib.

XS
SM
MD
LG