Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 19:40
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

13:52 19.1.2016

5 min dollaracan kreditə güzəşt ola bilər

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov dollarda kredit götürənlərə güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib. O, «bu məsələ bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur» deyib.

«5 min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə, Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna, bütövlükdə, Azərbaycanın iqtisadi komandası qərar verməlidir», - MB rəhbəri söyləyib.

Deputat Vahid Əhmədov AzadlıqRadiosuna hökumətin 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə - 1.05 manatla ödənməsini müzakirə etdiyini söyləmişdi. Deputat bununla bağlı razılaşma olduğunu, ancaq maliyyə mənbəyi axtarıldığını da demişdi.

15:05 19.1.2016

BVF iqtisadi artım proqnozunu aşağı salır

Beynəlxalq Valyuta Fondu dünyada iqtisadi artım proqnozunu keçən ilin oktyabrı ilə müqayisədə bir qədər aşağı salıb. İndi Fond builki artımı 3,4 faiz tərtibində gözləyir. 2017-ci ildə artım bir qədər çox, 3,6 faiz olmalıdır.

16:13 19.1.2016

“Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib:

“Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.

17:17 19.1.2016

Macarıstanda 200 azərbaycanlı tələbə oxuya biləcək

Macarıstan hökuməti 2015-ci ildən etibarən 200 azərbaycanlı tələbənin həmin ölkənin dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb. Bu barədə Macarıstanın Təhsil Təşkilatının məlumatında deyilir.

“Macarıstan universitetlərinin diplomları Azərbaycan hökuməti tərəfindən tanınır”, deyə təşkilat qeyd edir.

Məlumatda həmçinin deyilir ki, “British Educational Centre”in təşkilatçılığı ilə yanvarın 24-də saat 15:00-da “Macarıstanda Təqaüdlü Təhsil” Seminarı keçirəcək. Təqdimat Caspian Plaza Biznes Mərkəzində British Educational Centre şirkətinin ofisində olacaq.

Davamı

XS
SM
MD
LG