Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:24

BVF bədbinləşir


BVF-nun direktoru Christine Lagarde
BVF-nun direktoru Christine Lagarde

Beynəlxalq Valyuta Fondu dünyada iqtisadi artım proqnozunu keçən ilin oktyabrı ilə müqayisədə bir qədər aşağı salıb. İndi Fond builki artımı 3,4 faiz tərtibində gözləyir. 2017-ci ildə artım bir qədər çox, 3,6 faiz olmalıdır.

İnkişaf etmiş ölkələrdə artım, Fondun fikrincə, bu il 2,1 faiz olmalıdır, bu da oktyabrdakı proqnozdan azdır.

Fond inkişaf etmiş ölkələr haqda bildirir ki, ABŞ-da iqtisadi fəallıq artır, avrozonada əhalinin pul xərcləməyi, neftin aşağı qiymətləri, asan maliyyə mühiti ixracın azalmağını tam kompensasiya edir, neftin aşağı qiymətləri sayəsində Yaponiya iqtisadiyyatı da möhkəmlənir.

İnkişaf etməkdə olan ölkələrdə isə vəziyyət daha yaxşıdır. Burda bu iliqtisadiyyat 4,7 faiz artmalıdır. Hindistan da daxil olmaqla Asiyanın böyük bir hissəsində iqtisadi artım proqnozları çox nikbindir. Hindistanda artım 7,5 faiz, Çində 6,5 faiz gözlənilir.

Fondun Rusiya haqda proqnozu da yenə mənfidir. Rusiyadakeçən il 3,7 faiz gerilmə olub, bu il 1 faiz geriləmə olacaq. Fondun fikrincə, Rusiyanı çıxmaqla MDB məkanında bu il artım olacaq-2,3 faiz.

XS
SM
MD
LG