Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 20:37
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

13:22 21.1.2016

İlham Əliyevin Davosda məqaləsi çıxıb

“Dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir”- Bunu Azərbaycan prezidenti yazır.

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib.

13:03 21.1.2016

Moldovada 10 nəfər xəsarət alıb

Kişinaudan gələn xəbərlərə görə, yanvarın 20-də erkən seçki tələbilə keçirilən etirazlarda 10 nəfər xəsarət alıb.

Dünən parlament avropapərəst hökumətə səsvermə keçirən zaman etirazçılar binaya daxil olublar. Ancaq çevik polis onların qarşısını kəsib.

Xəsarət alanların 7-si polis əməkdaşlarıdır, 3 nəfərdən 2-si siyasətçilərdir.

Yeni hökumətə 49 yaşlı, hakim Demokratik Partiyanın sədr müavini Pavel Filip başçılıq edir.

Öncəki hökumət bank qalmaqalına görə buraxılandan sonra yeni baş naziri təsdiqləmək cəhdləri iki dəfə alınmayıb.

12:53 21.1.2016

«DOLLARLAŞMAYA MƏRKƏZİ BANK RƏVAC VERİB»

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, əslində, MB-nin özü dollarlaşmaya rəvac verib:

«Manatın devalvasiyasının ilk dalğasından (fevral, 2015-ci il) sonra banklardan manatla kredit götürmək xeyli çətinləşdi. Mərkəzi Bank da buna tam şərait yaratdı: açıq valyuta mövqeyi limitini ləğv etdi. Yəni, xarici valyutada əməliyyatların yuxarı həddini ləğv etməklə banklara milli valyutadan imtinaya - əməliyyatlarını dollarla aparmağa imkan yaratdı. Başqa sözlə, dollarlaşmaya rəvac verdi. Bununla da devalvasiyanın ikinci dalğası qaçılmaz oldu». Media icmalı

20:35 20.1.2016

Bu günki AzadlıqLive-da:

20 Yanvar faciəsinin 26-cı ildönümüdür

10 faizlik artım pensiyaçının hansı dərdinə dərman olacaq? İqtisadçı Qadir İbrahimli deyir ki, devalvasiyadan qabaq da Azərbaycanda pensiyalar MDB ölkələri göstəricilərindən aşağı idi

Gözlə
Embed

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

Milli Məclisin sosial siyasət komitəsinin üzvü Araz Əlizadə isə deyir ki, əsas olan bahalanmanın qabağını almaqdır

Gözlə
Embed

No media source currently available

0:00 0:01:11 0:00
Direct-ə keçid

Maaşları, pensiyaları qaldırırlar, büdcə bunun öhdəsindən gələ biləcəkmi? İqtisadçı Azər Mehtiyev deyir ki, burda problem yarana bilər

Gözlə
Embed

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG