Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:45

Moldovada 10 nəfər yaralanıb


Etirazçılar parlament binasında

-

Kişinaudan gələn xəbərlərə görə, yanvarın 20-də erkən seçki tələbilə keçirilən etirazlarda 10 nəfər xəsarət alıb və hazırda xəstəxanada müalicə olunur.

Dünən parlament avropapərəst hökumətə səsvermə keçirən zaman etirazçılar binaya daxil olublar. Ancaq çevik polis onların qarşısını kəsib.

Xəsarət alanların 7-si polis əməkdaşlarıdır, 3 nəfərdən 2-si siyasətçilərdir.

Yeni hökumətə 49 yaşlı, hakim Demokratik Partiyanın sədr müavini Pavel Filip başçılıq edir.

Öncəki hökumət bank qalmaqalına görə buraxılandan sonra yeni baş naziri təsdiqləmək cəhdləri iki dəfə alınmayıb.

XS
SM
MD
LG