Azərbaycan nefti. Toyda oxumağa 5 milyon
Azərbaycanda neft biznesi olan inquş milyarder Mikhail Gutseriyev oğluna Moskvada toy edib. Jennifer Lopezə 5 milyon avro qonorar verib
Sanders Alyaska və Vaşinqtonda qalib gəldi
Demokrat partiyasından prezidentliyə iddiaçı Bernie Sanders Alyaska və Vaşinqton ştatlarında ilkin seçkidə qalib gəldi. Alyaskada Sanders 79,2, Hillary Clinton 20,8 faiz səs toplayıb.
Palmira azad edildi
Suriyanın hökumət qoşunları Palmira şəhərini İslam Dövləti təşkilatı yaraqlılarından azad edib.
Bu günki AzadlıqLive-da:
Azərbaycan prezidentinin ABŞ səfəri nəyi dəyişəcək? "Turan" İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, "Azərbaycanın manevr imkanları tükənib"
Bayramda milli suvenir satanların üzü gülür. "Alanlar iranlılardır, ərəblərdir, ingilislər çoxdandır yoxdur"
"İntiqam Əliyev mənə dedi ki, ölkəyə qayıtma həbs oluna bilərsən"- Bir həftədir azadlığa çıxan İnsan haqları müdafiəçisi Rəsul Cəfərovla söhbət