Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:19

"Dustaqların siyasi məhbuslara rəğbəti vardı"


Rəsul Cəfərov azadlıqda!
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Rəsul Cəfərov azadlıqda!

►“İntiqam Əliyev mənə dedi ki, “ölkəyə qayıtma, həbs oluna bilərsən””

“Demokratiya naminə oxu” layihəsindən tanınan, prezidentin əfv fərmanı ilə azadlığa çıxan Rəsul Cəfərov Azadlıq Radiosunun suallarını cavablandırır:

– Azadlığa çıxmağımın 1 həftəsi tamam olur. Həbsdə olanda istəyirsən ki, günlər sürətlə keçsin. Paradoksal vəziyyətdi, azadıqda günün nə cür sürətlə keçdiyini görürsən, həbsdə isə sanki gün bitmir. Bu bir həftəni dostlarla, yaxınlarla keçirmişəm, ümumi bir adaptasiya prosesi gedir.

– Həbsxanada ən çox nədən ötrü darıxırdız?

– İçəridə işdən ötrü darıxırdım. Düşünürdüm ki, həbsdə olmasaydım, indi hüquq müdafiə işləri ilə məşğul olardım, layihələr həyata keçirərdim. Ən çox fikirləşdiyim bu idi ki, mən niyə burdayam, çöldə olsaydım, daha faydalı işlə məşğul olardım.

– Rəsul bəy, o vaxt bəzi QHT təmsilçisi həbs ehtimalını nəzərə alıb ölkəni tərk elədi. Siz həbs olunacağınızı bilsəydiz, qalardız, ya gedərdiz?

Gözlə

No media source currently available

0:00 0:02:28 0:00
Direct-ə keçid

– Əslində, tutulmaq gümanım vardı. 2014-cü il iyununda Avropa Şurası Parlament Assambleyasındakı məşhur sessiyadan sonra mənə və İntiqam Əliyevə qarayaxma yazıları yazılmağa başladı. Bank hesablarımıza həbs qoyuldu. Bu zaman Kiyevdə səfərdə idim. İntiqam bəy də ölkədə deyildi, ona dedim ki, bəlkə qayıtmaya, həbs oluna bilər. O da bu tövsiyəni mənə elədi. İkimiz də bir-birimizdən xəbərsiz ayrı-ayrı vaxtlarda ölkəyə qayıtdıq. O vaxt da düşünürdüm ki, verilən ittihamlardan qaçmaq yox, onları qarşılamaq lazımdır. Gedənlərlə bağlı mövqeyim budu ki, kimisə qınamamışam. Kimsə əksini düşünüb gedirsə, bu da onun haqqıdır. Yenə də həbsimə təhlükə yaransa, yenə ölkədə qalaram və yenə də çalışaram sübut edim ki, mənə qarşı irəli sürülən ittihamların əsası yoxdur.

Rəsul Cəfərov və Loreen, 2014
Rəsul Cəfərov və Loreen, 2014

“Loreen azadlığa çıxmağımdan da yazıb”

– “Eurovision”un Bakı qalıbi Loreen həbsinizlə bağlı məlumat yayırdı. Çıxandan sonra onunla əlaqə saxladızmı?

– Loreen həbsimdən sonra mənə dəstək göstərdi, haqqımda məlumatlar yaydı. İndi də ümumi dostlarımız ona azadlığa çıxdığımı xəbər ediblər. O da öz “İnstagram” səhifəsində bu xəbəri paylaşıb, sevindiyini bildirib. Ancaq hələ ki, özüylə danışa bilməmişəm, yəqin ki, əlaqə saxlayacam.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Rəsul bəy, məhkəmənizdə əleyhinizə ifadə verən olmadı, hətta zərərçəkən kimi prosesə çağrılan repçi Anar Nağılbaz nədən zərər çəkdiyini anlamadığını, sizdən narazılığının olmadığını demişdi.

– Ortalıqda əleyhimə deyiləsi bir məsələ yox idi. Təbii, adamları məcbur edib əleyhimə ifadə verdirə bilərdilər. Amma məndə belə olmadı. İstər şahid, istər zərərçəkən kimi tanınan şəxslər istintaqa, məhkəməyə verdiyi ifadələrdə də nə var, onu dedilər, yalandan neqativ hal yaratmadılar. Məncə, işimizdə buna əsas verən heç bir boşluq olmayıb. İşimiz, əsasən, hüquq- müdafiə işi olub, məncə, əgər üzdə müdafiə işi göstərib, arxada başqa iş görsəydik, onlar, o cümlədən, Anar Nağılbaz da bu fəaliyyətdən narazılığını bildirərdi.

“Hüquq müdafiəçiliyinə davam edəcəm”

– Azadlıqda çox fərqli bir sosial çevrəyə mənsub idiz, həbsxanada isə başqa bir mühit idi. Necə alışa bildiz?

Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

– Həbsxanada olmağımın bir üstünlüyü o oldu ki, ordakı adamlarım dünyagörüşünə bələd oldum, nə düşündüklərini öyrəndim. Ora başqa mühitdi, dustaqlar arasında yazılmamış qaydalar, qanunlar var, sən də bu qaydalardan kənara çıxa bilmirsən. Dustaqlar arasında siyasi məhbuslara rəğbət vardı, hərçənd, əks münasibət göstərənlər də olurdu.

– Rəsul bəy, planlarınız nədir? Nədən başlayacaqsız?

– Hələ ki, reabilitasiya keçirəm, adaptasiya olmağa çalışıram. Sonra səhhətimlə məşğul olacam, düzdür, elə bir ciddi problem yoxdur, amma yenə də tibbi müayinələrdən keçmək istəyirəm. Bundan sonra hüquq- müdafiə işi ilə məşğul olmağı düşünürəm. Düzdür, bunun üçün müəyyən şərait lazımdır, müvafiq qanunvericiliyə neqativ dəyişiklik olub. Amma yenə də hesab edirəm ki, siyasi məhbusların azadlığa çıxması ilə bağlı ortada siyasi iradə var və bu siyasi iradə vətəndaş cəmiyyətinin bərpasında da özünü göstərəcək.

Buna da bax: Prezidentin kitabını öpüb təzim edənlər

​Prezident: Zəngin seksual həyatım var

​_____________________________________________________________

Televiziya xəbərlərimizə Türksatda bax (Ətraflı)
"Azadlıq A-Live" verilişi həftənin II – V günləri saat 21:00-da yayınlanır. Bu, İnternet TV deyil, əsl televiziyadır!

_____________________________________________________________

XS
SM
MD
LG