Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 00:03

Hakimiyyət iş yerlərinin açılmasında maraqlı deyil?


Niyə pambığı xaricə satıb, köynəyi xaricdən alırıq?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Niyə pambığı xaricə satıb, köynəyi xaricdən alırıq?

Azərbaycanda pambıq istehsal olunur, amma ölkədə demək olar ki, hər kəsin corabından tutmuş köynəyinə qədər xaricdən gəlir.

ReAl partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, demək olar, tekstilin 95 faizi xaricdən gəlir.

Pambığın istehsalı 2015-ci devalvasiyalarından sonra təşviq olunmağa başlandı.

Genişləndirilən pambıq sahələrinə, istehsalının artmasına baxmayaraq, Dövlət Statistika Komitəsinin məlumatına baxanda məlum olur ki, ötən dövrdə xaricdən pambıq parça idxalı azalmayıb, hələ bir az artıb.

2010-cu ildə 5 milyon 693 min kv metr pambıq parça idxal olunmuşdusa, 2017 ildə bu rəqəm 5 milyon 920 min kv m.-ə yüksəlib.

Xaricdən paltar gətirmək həm də ölkədən valyuta çıxması deməkdir. Azərbaycanda neft ucuzlaşdığına görə onsuz da valyuta azalıb.

İqtisadçı Natiq Cəfərli hesablayır ki, tekstil üçün ölkədən ildə ortalama bir milyard dollar pul gedir.

"Kiloqramını 10-11 qəpikdən yığırıq"

İmişli pambıqçıları da arzu edirlər ki, öz yığdıqları pambığın parçasından köynək geyinsinlər, daha pambığın kq -nı 10 qəpikdən satıb, puluna uşaqlara sintetik paltarlar almasınlar:

“100 kq pambıq dərirəm, 100 kq pambıqdan 100 dənə pambıq paltar çıxardı. Amma 10 manat verib, bu uşağın əyninə geyindirə bilmirəm. Adam az qalır bu ölkədən çıxıb gedə. Bu maykanı beş manata almışam. Bax bu köynək nədir axı mən ona 10 manat vermişəm”.

“Alağı isti havalarda edirik. Gününə 10-15 manat hesablanır. Pambığın kiloqramın 10-11 qəpikdən yığırıq. Uşaq 11-ci sinifdə oxuyur, ona paltar almaq üçün mən gərək axı 15 -20 gün sahəyə gedəm ki, sintetik də olsa paltar ala biləm. 100 manat-150 manat lazımdır ona paltar almağa”.

Bəs ölkədə yığılan pambıqdan paltar tikmək üçün nə çatışmır?

Hakimiyyət emal müəssisələri açmaqda maraqlı deyil

İqtisadçı Natiq Cəfərli hesablayıb ki, Azərbaycanın xaricdən nə qədər tekstil məhsulu alınması üçün ölkədən 1 milyard dollar çıxarılır.

Onun sözlərinə görə, bu vəsait hesabına ölkə daxilində iş yerləri açmaq, yerli istehsalı gücləndirmək olardı.

Natiq Cəfərli bildirir ki, investisiya cəlbi, emal və istehsalın artırılması ümumi demokratik mənzərənin, məhkəmə və hüquq sisteminin inkişafından keçir ki, indiki hakimiyyət bunda maraqlı deyil.

Prezident İlham Əliyev isə keçən ilin martın 26-da pambıqçılıqla bağlı müşavirədə deyib ki, pambıq emalı ilə bağlı dövlət tədbirlər həyata keçirir:

"Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlamışdır. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər".

Sahibkar, keçmiş deputat Nazim Bəydəmirli isə bildirir ki, pambıq ipliyi ilə bağlı Mingəçevirdə tekstil kombinatı tikilsə də, ildə 20 min ton məhsul istehsal edir. Halbuki, pambıq yığımı 200 min tondan yuxarıdır. Demək, Azərbaycan pambığın azı 90 faizini ixrac edir.

Nazim Bəydəmirli deyir ki, pambıq emalını, tekstil məmulatlarının istehsalını artırmaq üçün investorları həvəsləndirmək lazımdır. Halbuki, hazırda Azərbaycanda iqtisadi mühit elədir ki, yerli istehsalçılar başqa ölkələrə gedir, xarici istehsalçılar isə ölkəyə gəlməkdə maraqlı deyil:

“Daha böyük sərmayənin gəlməsi üçün ölkədə azad məhkəmələr qurulmalıdır, sahibkarlıq liberallaşdırılmalıdır, bazar iqtisadiyyatı oturuşdurmalıdır və bankların vəsaitlərinə əlçatanlıq artmalıdır, bazar iqtisadiyyatı oturuşdurulmalıdır. Hökumət ciddi addımlar atmalıdır və məmur sahibkarlığını ləğv etməlidir. İnhisarçılıq ləğv olunmalıdır. O zaman Azərbaycanın iqtisadi reytinqi arta bilər”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycan hansı məhsulları ixrac edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Azərbaycan hökuməti yalnız tekstilin deyil, başqa zəruri məhsulların da idxal etməsinə, istehsal müəssisələrinin az olmasına görə tənqid olunur.

XS
SM
MD
LG