Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Azərbaycanda əmək hüquqları necə qorunur?


Azərbaycanda daha bir MİG 29 qəzası
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Azərbaycanda daha bir MİG 29 qəzası

Azərbaycanda əmək hüquqları necə qorunur? Məsələn, gün ərzində 8 saatdan çox çalışan işçi əlavə ödənişini ala bilirmi və ya işçilər vaxtlı-vaxtında məzuniyyətə göndərilirmi?

Uzun illər kadrlar idarəsi sahəsində çalışan mütəxəssis Namiq Məmmədov deyir ki, Azərbaycana xas olan problemlərdən biri, bəlkə də ən birincisi, ümumiyyətlə, işçi ilə işəgötürən arasında müqavilələrinin bağlanmamasıdır. Yəni, iş müqaviləsi yoxdursa nə əlavə ödənişlərdən, nə məzuniyyətdən, nə də digər hüquqlardan danışmağa ehtiyac var.

Bəs, sadə vətəndaşlar necə düşünür, Azərbaycanda iş yerlərində insanların hansı hüquqları pozulur?

AzadlıqRadiosu Bakı küçələrində bu barədə sorğu keçirib:

İş yerinizdəki şəraitdən razısızmı?
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Hökumət özü də Azərbaycanda əmək hüquqlarının pozulması faktını inkar etmir. Hətta prezident İlham Əliyev özü də dəfələrlə bu haqda danışıb.

Tikintidə müqaviləsiz işləmə hallarını vurğulayan prezident, 2017-ci ildə "tikintidə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı" fərman imzalayıb.

Hökumət bəyan edir ki, ölkədə əmək hüquqları ilə bağlı problemləri çözməkdən ötrü 2016-cı ildə Əmək Məcəlləsinə 200-dən çox dəyişiklik edib. ASAN xidmətinin balansında Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb.

2017-ci ilin martında prezidentin başqa bir sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyası yaradılıb. Baş nazirin müavini Əli Əhmədov bu komissiyanın sədri seçilib.

Amma bütün bu görülən işlərə rəğmən ölkədə əmək hüquqlarının pozulması halları hələ də qalır. Özü də bunu rəsmi rəqəmlər göstərir.

Beləki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin ilk yarısında 282 əmək hüququ pozuntusu aşkarlayıb. Xidmət bu pozuntuları daxil olmuş müraciətlərin araşdırılması zamanı aşkarlayıb. Ən çox pozuntular əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və digər hallarla bağlı olub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaydığı məlumata görə, aşkarlanan pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin olunub.

Bundan başqa müfəttişlik müxtəlif mövzularda maarifləndirici tədbirlər keçirdiyini, işçiləri öz hüquqları üzrə məlumatlandırdıqlarını bildirir. Elə bu günlərdə Xidmətin əməkdaşları Yevlax rayonunda işçilər arasında məzuniyyət hüququ və onun təmin edilməsi mövzusunda tədbir keçirib.

Amma müstəqil ekspertlər dövlətin gördüyü işləri yetərli saymır. Məsələn, Neftçilərin Hüquqlarını müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, adətən yoxlamalar kiçik şirkətlərdə aparılır, oliqarxlara məxsus, arxasında imkanlı şəxslərin durduğu şirkətlərə isə yaxın duran olmur. O bildirir ki, elə Dövlət Neft Şirkəti olan SOCAR-ın özündə və socar rəhbərliyinə bağlı şirkətlərdə işçinin hüquqları az qala hər gün pozulur. Amma bütün adiyyatı qurumlara müraciətlərə baxmayaraq, nəinki yoxlama heç bu müraciətlərini qəbul edib, araşdırmaq belə istəmirlər.

Amma SOCAR adətən bu iddiaları rədd edir. Həmkarlar təşkilatının bütün müraciətləri araşdırdığını, nöqsan aşkarlanarsa, lazımi tədbirlərin görüldüyünü bildirir.

Məsələn, Əmək məcəlləsinin tələblərinə görə, işçi yalnız müqavilə əsasında işə götürülməlidir, o, gün ərzində 8 saatdan çox işləyə bilməz, işçinin vaxtlı-vaxtında istirahət və məzuniyyət hüququ təmin olunmalıdır.

İnsan resursları üzrə mütəxəssis Namiq Məmmədov deyir ki, Əmək Məcəlləsində tanınan hüquqların bir çoxu gerçəkləşdirilmir:

“Əvvəlla qaydaları bəlli olmayan, kefi istədiyi kimi idarəetməsi olan şirkətlər çoxdur. İkincisi işəgötürənlərə münasibətdə işçilərin özləri də ədalətli olmur, qarşılıqlı münasibətlər doğru qurulmur”.

Namiq Məmmədov deyir ki, əslində hər bir şirkətdə insan resurslarına məsul şəxs olmalıdır və o əmək hüquqlarının pozulub, pozulmamasına nəzarət etməlidir. Onun sözlərinə görə, bəzi hallarda heç işçilərin özləri də hüquqlarının tələbində maraqlı olmurlar. Onlar bu halda işlərini itirəcəklərindən çəkinirlər.

Azərbaycanda əhali 10 milyon nəfərə çatıb. Rəsmi qurumların açıqlamasına görə, bunun 5 milyondan çoxu məşğul insanlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 1,5 milyon nəfər muzdla çalışır.

Ekspertlər muzdla işləyənlərin belə az olmasını bir çox insanların müqaviləsiz, qeydiyyatsız çalışmaları ilə izah edirlər. Son vaxtlar rəsmilər bildirir ki, indi əsas məqsədlərdən biri də həmin qeydiyyatsız işlərin aradan qaldırılmasıdır. Hərçənd, ekspertlər bu yöndə görülən işləri yetərli və effektli saymırlar.

Azərbaycan hökuməti Beynəlxalq Əmək Təşkilatı ilə birgə “2016 – 2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nı icra edir. Rəsmilər bu proqramın uğurla icra olunduğunu bildirsələrdə, hökumətin tənqidçiləri cəmi ilə bitəcək proqramın hədəfləri gerçəkləşdirə bilmədiyi qənaətindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG