Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:19

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir


Azərbaycan Nazirlər Kabineti. 1919
Azərbaycan Nazirlər Kabineti. 1919

Bu gün – mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd olunur. Bu gün müxalifət qüvvələri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindədir abidəsini ziyarət edəcək, bayram aksiyaları keçirəcək. Bakıda ictimai-siyasi fəallar müxtəlif yürüşlər, gəzintilər planlaşdırır.

Artıq bir neçə həftədir dünyanın fərqli ölkələrində yaşayan azərbaycanlılar cümhuriyyət tarixinə işıq saçan tədbirlər keçirirlər.

***Buna da bax: 'Rəsulzadənin kitabı çantamdadır' (27-ci yazı)

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirmiş, müstəqil dövlətin atributlarını formalaşdırmışdı. Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Mehmandarov və Şıxlınskinin rəhbərliyi ilə az müddət ərzində Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını aldı.

Müxalifət M.Ə.Rəsulzadənin ad gününü qeyd edir, 31 yanvar, 2018-ci il
Müxalifət M.Ə.Rəsulzadənin ad gününü qeyd edir, 31 yanvar, 2018-ci il

Şərqdə ilk dəfə olaraq parlament yaradıldı. Millətin öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər parlamentdə təmsil olundu.

1918-ci ilin mart qırğınları ilə bağlı araşdırma komissiyası formalaşdırıldı. Bu komissiyanın tədqiq etdiyi materiallar azərbaycanlıların Xalq Komissarlar Soveti tərəfindən kütləvi şəkildə məhv edildiyi faktlarını aşkarladı.

Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatıldı. Onların səyi nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıdı.

***Buna da bax: "Nağıl kimi Cümhuriyyət" 1-ci hissə

Parlamentdə Müsavat fraksiyasının lideri M. Ə. Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradıldı. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərdi.

Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırıldı. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərirdi.

***Buna da bax: "Nağıl kimi Cümhuriyyət" 2-ci hissə

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib. AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirildi, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisidir və bu gün Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Respublika Günü Azərbaycanda 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG