Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:32

Azərbaycan Talışları Şurası yaradılıb


Talış dili dərsliyi

Dekabrın 10-da Azərbaycan Talışları İctimai Şurası (ATİŞ) təsis edilib.

«Turan» agentliyinin xəbərinə görə, təsisçilər bu qurumun yaradılma məqsədi ilə bağlı açıqlama da yayıblar.

Müəlliflər vurğulayıb ki, Azərbaycan hökuməti Avropa Şurasına daxil olarkən (2001) Regional və azlıqların dilləri haqqında Avropa Xartiyasına qoşulmaq öhdəliyi götürsə də, indiyədək bunu yerinə yetirməyib.

Sənəddə habelə qeyd edilib ki, talış dilinin tədrisi, bu dildə radio və televiziya verilişlərinin təşkili, mətbuatın dövlət büdcəsi hesabına maliyyələşməsi ilə bağlı hökumətə olunan müraciətlər cavabsız qalıb.

Müəlliflərin vurğulamasına görə, son zamanlar ölkədə ictimai-siyasi sahədə aparılan islahatlar milli münasibətlər sahəsində də müsbət addımlar atılacağına inam hissi yaradır.

Müraciəti bir sıra ictimai-siyasi xadimin imzaladığı bildirilir.

Bu qurumun təsis edilməsi və təşkilatçıların ifadə etdikləri fikirlərə rəsmilərdən, hələlik, münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə multikultural dəyərlər hökm sürür, bütün milli azlıqların hüquqları qorunur.

XS
SM
MD
LG